PDF Oxu

Əsas

  • 13

Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət xalqın maraq və mənafeyini müdafiə edir

Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət xalqın maraq və mənafeyini müdafiə edir

Dövlət başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə yürütdüyü siyasət, eləcə də, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi strategiyaya sadiqliyi ilə xalqın yüksək ehtiram və rəğbətini qazanıb. Ölkəmizdə çoxsaylı islahatların həyata keçirilməsinə, əhalinin rifah halının, sosial və mədəni durumunun yüksəlməsinə səy göstərən Prezident İlham Əliyev bununla xalqın maraq və mənafeyinin təminatçısına çevrilib. Bu fakt beynəlxalq və ayrı-ayrı xarici dövlətlərdə fəaliyyət göstərən təşkilatlar tərəfindən aparılan sorğularda da öz əksini tapır.Bu cür nəticələrin əks olunduğu sorğulardan birini də ABŞ-ın nüfuzlu "Gallup" təşkilatı həyata keçirib. O, iyul ayının 31-də keçmiş SSRİ ölkələri üzrə keçirdiyi növbəti sorğunun nəticələrini açıqlayıb. Sorğuda hər ölkədən 1000 nəfər iştirak edib. Respondentlərə ünvanlanmış "Siz ölkənizin rəhbərliyinin fəaliyyətindən razısınızmı" sualını Azərbaycan əhalisinin 77 faizi müsbət cavablandırıb. Sorğunun nəticələrinə görə, sorğu iştirakçıları Azərbaycanda aparılan daxili və xarici siyasət kursunu dəstəkləyirlər və bu göstəricilər görə də, ölkəmiz birinci yeri tutub. Digər ölkələrdə isə rəqəm göstəriciləri bir qədər aşağıdır. Belə ki, Ukrayna əhalisinin cəmi 4 faizi, Litvada əhalinin 13 faizi, Gürcüstanda 21 faizi, Moldovada isə 25 faizi ölkə rəhbərliyinin fəaliyyətindən razı qaldığını bildirib. Qeyd edək ki, "Gallup" təşkilatı dünya üzrə insan resurslarını öyrənir və statistik araşdırma xidmətləri göstərir.
Sorğunun nəticələrini tanıdığını və obyektlivliyi ifadə etdiyini bildirən millət vəkili Fəzail Ağamalının sözlərinə görə, bu göstəricilər Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad göstərdiyini və inandığını sübut edir. O, qeyd etdi ki, keçən ilin oktyabr ayında Azərbaycanda keçirilən prezident seçkiləri Azərbaycan xalqının böyük siyasi fəallığı, ölkə Prezidentinə yüksək etimad və inamla yekunlaşdı. Hətta Azərbaycanda prosesi izləyən beynəlxalq təşkilatlar da seçkilərin demokratik, azad və ədalətli keçirildiyini bəyan etdilər. Ölkə Prezidenti İlham Əliyevin birmənalı şəkildə Azərbaycan xalqının etimadını qazandığını söylədi. Bildirdi ki, bu baxımdan, dövlət başçısı İlham Əliyevlə ciddi rəqabət apara biləcək alternativ görmürəm: "Uzun illər boyu İlham Əliyev bir siyasətçi kimi proseslərin önündə gedəcək və ölkəmizə ləyaqətlə xidmət edəcəkdir. Çox yaxşı haldır ki, beynəlxalq təşkilatlar Azərbaycandakı prosesləri düzgün analiz edib, obyektiv yekun rəy çıxara bilirlər".
Daha sonra qəzetimiz vasitəsilə məsələyə münasibət bildirən millət vəkili Eldar İbrahimov bildirdi ki, Prezident İlham Əliyevin respublikamızda iqtisadi, daxili və xarici siyasət sahəsində apardığı islahatlar, görülən işlərin nəticəsi, eləcə də, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların sürətləndirilməsi bu sorğunun nəticəsinin düzgünlüyünə işarədir. Bu ilin may ayında İrlandiyada ATƏT Parlament Assambleyasının iqtisadi konfransında iştirak etdiyini xatırlayan E.İbrahimov, həmin konfransda ölkəmizin iqtisadi göstəricilərinin müsbət qarşılandağını söylədi. Belə ki, həmin tədbirdə ümumi daxilin məhsulun (ÜDM) istehsalına görə, inkişaf etmiş ölkələrin adları açıqlanıb. Azərbaycanın adı da ÜDM-nin faiz göstəricilərinə görə, 4,6 faizlə irəlidə qeyd olunub. Orada iştirak edən 56 ölkənin deputatları tərəfindən Azərbaycandakı iqtisadi göstəricilər çox yüksək qiymətləndirilib. Millət vəkilinin vurğuladığına görə, istər iqtisadiyyatın inkişafı yönündə əldə olunan nəticələr, istərsə də ki, Prezident İlham Əliyevin Dağlıq Qarabağ danışıqlarında verdiyi bəyanatlar, göstərdiyi möhkəm iradə insanların rəyinin bu cür formalaşmasına əsas yaradır. "Sorğuda iştirak edən respondentləri dəstəkləyirəm. Əgər ABŞ Konqresində 150-yə yaxın konqresmen "907-ci düzəliş"in ləğvini dəstəklədiyini bildiribsə, bunun özü xarici siyasət kursunda əldə olunan uğurlarımızdan biridir" deyə millət vəkili qeyd etdi.

- Eldar müəllim, bəzi kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, bu məsələ ilə bağlı ermənipərəst konqresmenlər fəallaşıb. Hətta onlar qondarma "erməni soyqırımı"nın tanınması istiqamətində iş aparırlar. Onların bu iddialarının reallaşması nə dərəcədə mümkündür?
- Onların iddialarının reallaşacağına inanmıram. Çünki ABŞ prezidenti Barak Obama Türkiyəyə səfər etdikdən və orada aparılan danışıqlardan sonra ermənilərin qondarma soyqırımı məsələsi ilə əlaqədar hər hansı addım atacaqlarına inanmıram.
- Rusiya baş naziri Vladimir Putin avqust ayının 6-da Türkiyəyə səfər edəcək. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu səfərdən gözləntilər nədən ibarət ola bilər?
- Hesab edirəm ki, Türkiyə və Rusiya regionun ən güclü dövlətlərindəndir. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin rolunu daha məqsədəuyğun qiymətləndirirəm. Çünki Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin uzun tarixi kökü var və bu əlaqələr sağlam düşüncəyə əsaslanır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfər etməsi və verdiyi açıqlamalar deyilənlərin həqiqəti əks etdirdiyini göstərir. Rusiya isə çalışır ki, regionda gedən bütün proseslərə rəhbərlik etsin. Bu baxımdan, münaqişənin məhz özünün vasitəçiliyi ilə həllində maraqlıdır. Düşünürəm ki, Rusiya prezidenti Dmitri Medvedevin və Baş nazir Vladimir Putinin ölkə başçısı İlham Əliyevə olan hörməti və dostluq münasibətləri sayəsində onlar Azərbaycanın əleyhinə heç bir addım atmazlar və münaqişənin tez bir zamanda öz həllini tapacağına ümidvaram. Ermənistan əgər öz vətəndaşlarının iqtisadi cəhətdən yaşamasını istəyirsə, torpaqlarımızı azad etməlidir. Madrid prinsipləri əsasında münaqişənin 2009-cu ilin sonuna qədər həll olunacağını gözləyirik.
- Ermənistan prezidenti Serj Sarkisyan da ultimativ bəyanatla çıxış edib ki, sərhədlərin açılmayacağı təqdirdə, o, Türkiyəyə səfər etməyəcək. Onun bu bəyanatına münasibətiniz necədir?
- Bu, sərsəm bəyanatdır. Serj Sarkisyana qarşı ölkəsində təzyiqlər çoxdur. Onun Türkiyəyə getməməsi Ermənistana problemlər gətirəcək.
- Gürcüstanda keçirilən MDB ölkələrinin qeyri-rəsmi sammitində NATO-ya alternativ qurum, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaradılması təşəbbüsü ortaya qoyulub. Bu təşkilatın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ölkəmizə qarşı yönələcəyi mümkündürmü?
- Həmin təşkilatdan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar heç bir təhlükə gözləmirəm. Azərbaycan həmin ittifaqın üzvü deyil. Oraya üzv olan ölkələr, Rusiya və Ermənistan da daxil olmaqla, Orta Asiya ölkələridir. Rusiyanın məqsədi ondan ibarətdir ki, NATO-ya qarşı alternativ təşkilat yaradaraq, region, xüsusilə, MDB ölkələrini öz himayəsində saxlasın. Azərbaycan Cənubi Qafqazda ən güclü lider dövlət olaraq bütün ölkələrlə balanslaşdırılmış xarici siyasət aparır. Azərbaycanın istənilən xarici dövlətlə yaxın münasibətləri var. Prezident İlham Əliyev də bu istiqamətdə düzgün siyasət yürüdür. Elə Qafqaz Əməkdaşlıq Təşkilatının (QƏT) yaradılması Qafqaz ölkələrinin əməkdaşlığının qurulmasından xəbər verir.
- Nikbinlik varmı ki, 2009-cu il torpaqlarımızın işğaldan azad olunduğu, Azərbaycanın tarixi qələbəsinin təmin olunacağı bir il olacaq?
- Mən buna inanıram və inşallah bu aparılan düzgün siyasətin nəticəsində tez bir zamanda mümkün olacaq.

Digər xəbərlər