PDF Oxu

Əsas

  • 15

Dövlət Neft Fondunun aktivləri 12 187 mln. ABŞ dollarına çatıb

Dövlət Neft Fondunun aktivləri 12 187 mln. ABŞ dollarına çatıb
Cari ilin ilk yarısı Azərbaycan Dövlət Neft Fondu (ADNF) üçün uğurlu olub. İlin ilk yarısında Fondun büdcə gəlirləri 3156.3 mln. manat, büdcə xərcləri isə 2685.7 mln. manat təşkil edib. Bunu jurnalistlər üçün keçirdiyi mətbuat konfransında ADNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib. Onun sözlərinə əsasən, 2009-cu ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsindən 2989.3 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2907.6 mln. manat, tranzit gəlirləri 5 mln. manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentlərdən 75.5 mln. manat gəlir əldə edib.
Ş.Mövsümov vurğulayıb ki, ötən 6 ay ərzində Fondun vəsaitlərin idarə olunmasından əldə etdiyi gəlir 167 mln. manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 100.5 mln. manat olub.
Hesabat dövrü ərzində Neft Fondunun 2009-cu il büdcəsinin icrası çərçivəsində 2530.0 mln. manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırlması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 20.2 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirlməsi məqsıdilə isə müvafiq olaraq 61.9 mln. manat və 68.5 mln. manat vəsait ayrılıb.
Ş. Mövsümov bildirib ki, 2009-cu ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 156,3 mln. manat, büdcə xərcləri isə 2 685,7 mln. manat təşkil edib. Hesabat dövründə Fondun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 989,3 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 907,6 mln. manat, tranzit gəlirləri 5 mln. manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentlərdən 75,5 mln. manat, akrhesabı ödənişləri 1,1 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 mln. manat təşkil edib. Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəliri 167 mln. manata bərabər olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 100,5 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində ARDNF-in 2009-cu il büdcəsinin icrası çərçivəsində 2 530 mln. manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 20,2 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 61,9 mln. manat və 68,5 mln. manat vəsait ayrılıb.
"Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 1,1 mln. manat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə isə 1,3 mln. manat vəsait yönəldilib. Altı ay ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 2,7 mln. manat təşkil edib.
Ş. Mövsümovun sözlərinə görə, hesabat dövründə Fondun vəsaitlərinin 53,77%-i ABŞ dolları, 40,71%-i avro, 5,52%-i ingilis funt-sterlinqi, 1,16%-i isə Azərbaycan manatı ilə saxlanılıb.
ARDNF-in portfelindəki istiqrazların 84,27%-i AAA, 8,51%-i A, 6,96%-i AA, 0,18%-i BBB, qalan hissəsi isə digər reytinqli istiqrazlar təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) bu günədək Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 27,1 mln. manat vəsait ayrılıb.
Ş. Mövsümovun sözlərinə görə, Gürcüstanda son 1 il ərzində baş verən hadisələrlə əlaqədar işlərdə müəyyən ləngimələr olduğundan vəsaitlər tələb olunan səviyyədə ayrılır. Bu kontekstdə cari ilin yanvar-iyun aylarında Fond 1,1 mln. manat ayırıb.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tbilisidə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb.
Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır. Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın "Azərinşaatservis" şirkəti həyata keçirir.

Digər xəbərlər