PDF Oxu

Əsas

  • 15

Tarazlı inkişaf modeli

Tarazlı inkişaf modeli
Son illərdə Azərbaycan özünün tarixində görünməmiş böyük inkişaf mərhələsinə qədəm qoyub. Yeni inkişaf erasının başlıca istiqamətləri respublikamızın bütün mövcud potensialdan səmərəli istifadə etməklə regiondakı mövqeyini əhəmiyyətli şəkildə dəyişdirib və möhkəmləndirib. İndi ölkəmizin sürətli iqtisadi inkişafı sosial sferada çoxşaxəli islahatlar aparmağa, dünya təcrübəsindən uğurla çıxmış təkmil mexanizmləri tətbiq etməyə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər əhalinin sosial müdafiəsini gücləndirmək üçün də möhkəm zəmin yaradır.
İqtisadi inkişafa stimul verən proseslərdən biri də, həyata keçirilən düzgün islahatların nəticəsidir. Ölkə iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsipləri əsasında qurulub. Özəl sektorun inkişafı da məhz bunun nəticəsində inkişaf edir. Qlobal iqtisadi böhran şəraitində valyuta ehtiyatlarının respublikamıza daxil olması fonunda ölkəmizin bütün sahələr üzrə yüksək templə irəliləyişi müşahidə olunur.
Dayanıqlı iqtisadi artımın təmin olunmasına dəstək verən siyasətin dərinləşdirilməsi, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin yüksəlməsi, çevik makroiqtisadi idarəetmənin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşması inkişaf strategiyasının ən başlıca istiqamətlərindəndir. Bir sözlə, ölkənin bütün bölgələrində, kənd və qəsəbələrdə bu məqsədlərin reallaşması nəticəsində tamamilə yeni mənzərə yaranıb.
Prezident İlham Əliyev 2003-cü il prezident seçkilərindən ötən beş il ərzində yeni əsrin, yeni zamanın lideri kimi xalqın və dövlətin idarə olunmasının bütün məsuliyyətini öz üzərinə götürməyə qadir olduğunu birmənalı şəkildə sübut etdi. Məhz bu faktor Onun 2008-ci ildə yenidən xalqın səsini qazanaraq Prezident seçilməsini şərtləndirdi. Ölkə başçısının siyasi və dövlətçilik fəaliyyəti, daxili və xarici siyasəti nəticəsində atdığı addımlar məntiqi ardıcıllıqla bir-birini tamamlayır.
Dövlət başçısı xüsusi əhəmiyyətli addımların atılmasında balans anlayışına ciddi şəkildə önəm verir. Ötən illərin bütün sahələr üzrə uğurları dövlət başçısının, bacarıqlı və peşəkar dövlət xadimi olduğunu təsdiq etmişdir. Ən başlıcası isə odur ki, bütün bunlar ölkəmizin müstəqillyinə təminat yaradaraq ona dönməz xarakter verir. Bu isə hər bir dövlət başçısından böyük fədakarlıq tələb edir.
İqtisadiyyatı güclü olan dövlət bütün sahələrdə inkişafa nail ola bilər. Beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlığın genişləndirilməsində iqtisadi potensialın böyük əhəmiyyəti vardır.
Sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində davamlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşması məqsədi dayanır. Bu siyasət isə neftdən asılılğı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.
Məlumdur ki, Prezident İlham Əliyev tərəfindən siyasi və sosial-iqtisadi modernləşməyə əsaslanan yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası hazırda öz bəhrəsini verməkdədir. Ulu öndər Heydər Əliyevin özünəməxsus uzaqgörənliklə irəli sürdüyü və həyata keçirilməsinin elmi-nəzəri və praktiki yollarını inkişaf prioritetlərinin dövrün sosial-iqtisadi tələblərindən irəli gələn keyfiyyətcə yeni bir mərhələsində uğurla davam etdirilməsi, ölkə tarixində görünməmiş yüksəlişi reallığa çevirdi.
Hazırda dövlət başçısı İlham Əliyev iti zəkası, vaxtında lazımi və zəruri tədbirlər görmək bacarığı ilə ölkədə və ölkə xaricində öz nüfuzunu artıraraq böyük rəğbət qazanıb. Prezident İlham Əliyev bir siyasi xadim kimi, bu gün müstəqil respublikanın siyasi simasını müəyyənləşdirir.
Xalqımız dövlətimizin rəhbəri İlham Əliyevi, siyasi sabitliyin, əzmkarlığın və sülhün qarantı hesab etməkdə yanılmayıb. Artıq Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların, demək olar ki, hamısında təmsil olunur.
Müstəqillik yolunda inamla addımlayan respublikamız dünyada baş verən demokratikləşmə və əməkdaşlıq proseslərində yaxından iştirak edən bir dövlət kimi dünya birliyinin tərkib hissəsinə çevrilib. Demokratiya və müstəqillik ideyalarına sadiq qalan Prezident İlham Əliyev ölkənin milli mənafeyini yüksək səviyyədə qoruyur.
İlham Əliyevin ətrafında sıx birləşən xalqımız yaxşı bilir ki, müstəqil respublikanın sükanı etibarlı əllərdədir. Dövlət başçısı verdiyi vədlərə sadiq qalaraq hər bir azərbaycanlının həyatında, gerçəkliyə çevriləcək ciddi iradə, qətiyyət, əzmkarlıq nümayiş etdirir. Ölkə rəhbəri İlham Əliyev siyasi kursa həmişə sadiqlik nümayiş etdirib və müstəqil Azərbaycanı həmişə irəli aparıb.
Son dövrdə iqtisadiyyatın inkişafı, makroiqtiadi sabitliyin qorunub saxlanması, effektli xarici siyasət Prezident İlham Əliyevin fəaliyyətinin mühüm uğurları ilə əlamətdar oldu. Ölkə başçısının həyata keçirdiyi iqtisadi islahatlar xalqın sosial-iqtisadi təminatının yaxşılaşmasına yönəldi.
Dövlət qarşıya qoyduğu bütün məsələlərin həllində qətiyyətlidir və xalqın iradəsinə güvənir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanı qarşıda daha böyük uğurlar gözləyir.

Digər xəbərlər