PDF Oxu

Əsas

  • 16

1969-cu il iyul ayının 14-ü Heydər Əliyevin hakimiyyətə gəlişinin ilk günüdür

1969-cu il iyul ayının 14-ü Heydər Əliyevin hakimiyyətə gəlişinin ilk günüdür
1969-cu ilin 14 iyul günü hər bir azərbaycanlının şərəflə yad etdiyi gündür. Bu gün ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi gün olduğu üçün onun şah əsəri olan Azərbaycanın parlaq tarixidir. Bu şərəfli tarixdən ötən 40 ilin Azərbaycan üçün önəmindən danışan YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ümummilli liderin hakimiyyət dövrünü belə qiymətləndirdi:

- İlk öncə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə gələnə qədər respublikamızda mövcud olan durumu şərh edərkən, onu qeyd etmək lazımdır ki, SSRİ vahid Dövlət Proqramı ilə idarə olunsa da Azərbaycanda iqtisadi, siyasi, aqrar sahələr inkişaf etməmişdi. Hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Lakin ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələr yüksək sürətlə inkişaf etməyə başladı. Heydər Əliyev xalqın içindən çıxdığı üçün xalqın potensialını çox gözəl bilirdi. Ümummilli liderin idarəçilik, liderlik qabiliyyəti çox yüksək səviyyədə idi. Ulu öndər Heydər Əliyev insanlarla gözəl ünsiyyət yarada bilirdi, onların problemlərini dinləyir və problemlərin aradan qaldırılmasının yollarını axtarıb tapırdı. Xalqın Heydər Əliyevə inamı sonsuz idi. Heydər Əliyev hakimiyyətə gəldiyi gündən etibarən bütün sahələri paralel sürətdə inkişaf etdirdi. İqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində yüksək uğurlar və nəticələr əldə olundu. Əhalinin əməkhaqları artırıldı, insanlar daha rahat yaşamağa başladı.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ziyalılara inamı özünə qaytardı, mənəvi ab-havanı yüksəltdi, milli dəyərlərin öyrənilməsinə, qorunmasına böyük bir yol açdı, Azərbaycanda təhsilin və səhiyyənin səviyəsinin qaldırılması üçün hərtərəfli işlər gördü, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirdi, SSRİ-nin qabaqcıl universitetlərinə məzunlar göndərdi. Ulu öndər Heydər Əliyevin dəstəyi nəticəsində həmin dövrün mədəniyyət xadimləri dünyada tanınmağa başladı. Ulu öndər bir çox beynəlxalq tədbirlərin Bakıda keçirilməsinə nail oldu. Qısa bir dövrdə dahi öndər Heydər Əliyev Azərbaycanı elə bir yüksək səviyyəyə çatdırdı ki, Onun gördüyü işlərin xalqı, vətəni üçün həqiqətən də, nə qədər dəyərli olduğunu sübut etdi. Ulu öndər hər zaman xalqımızı, xalqın ziyalılarını, milli düşüncəli insanları qoruyurdu. O, heç bir sahəni diqqət və qayğısından kənarda qoymurdu. Hər bir sahənin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu diqqət və qayğını əhalinin bütün təbəqəsi görürdü. Heydər Əliyevlə xalq arasında yaranan inam daimi və əbədi oldu. Bu inamı heç nə sarsılda bilməz. Ümummilli liderin hakimiyyətə gəlişini Azərbaycanın yenidən dünyaya gəlməsi kimi qiymətləndirmək olar. O, Azərbaycanı bütün dünyada tanıtdı. Bütün dünyanın diqqəti Azərbaycana yönəldə bildi. Dünya dövlətləri Azərbaycanla əməkdaşlığa can atıb, ölkəmizlə dostluğa, qardaşlığa söykənən əlaqələr qurdu və bu özünü bu gün də göstərir. Bütün bunlar Heydər Əliyevin rəhbərliyi nəticəsində reallaşdı.
Ulu öndər Heydər Əliyev elə bir proqram hazırladı ki, bu proqram Azərbaycanın uzunmüddətli inkişaf proqramı oldu. Biz bu gün də, ümummilli liderin proqramına əsasən inkişaf edirik. Cənab Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir və bu siyasi kursa əsasən ölkəmiz yüksək səviyyədə inkişaf edir. Cənab İlham Əliyev Heydər Əliyev yoluna sadiq qalmaqla, ən yüksək səviyyədə davam etdirir.

Digər xəbərlər