PDF Oxu

Əsas

  • 17

POLŞA PREZİDENTİ LEX KAÇİNSKİNİN BAŞ NAZİR ARTUR RASİZADƏ İLƏ GÖRÜŞÜB

POLŞA PREZİDENTİ LEX KAÇİNSKİNİN BAŞ NAZİR ARTUR RASİZADƏ İLƏ GÖRÜŞÜB
Ölkəmizdə rəsmi səfərdə olan Polşa Prezidenti Lex Kaçinski iyulun 3-də Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşüb. Baş nazir Polşa Prezidenti Lex Kaçinskinin Azərbaycana səfərini yüksək qiymətləndirərək bunu ölkələrimiz arasında münasibətlərin inkişafında irəliyə doğru addım kimi səciyyələndirib. Azərbaycan hökumətinin başçısı ali qonağa son zamanlar ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat vermiş, siyasi və iqtisadi sabitlikdən danışıblar.
Görüşdə, həmçinin Cənubi Qafqaz regionunda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Polşa Prezidenti hər səfərində Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələrin, müxtəlif sahələrdə yüksək dinamikanın şahidi olduğunu bildirib. "Bu, Azərbaycanın dünya birliyinə inteqrasiyası, iqtisadi sahədə əldə etdiyi uğurlarından irəli gəlir", - deyən Lex Kaçinski ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafı üçün hər cür imkanların olduğunu və səfərlərin ikitərəfli əməkdaşlığa təkan verəcəyini xüsusi vurğulayıb.

Digər xəbərlər