PDF Oxu

Əsas

  • 12

Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-Yorkda səfərdə olub

Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-Yorkda səfərdə olub
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 15-19-da Nyu-Yorkda səfərdə olub.
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyindən APA-nın ABŞ bürosuna verilən məlumata görə, səfərin məqsədi 11 noyabr 2008-ci ildə nazirlər səviyyəsində Bakıda keçirilmiş regional iclasda irəli sürülən və Bakı Bəyannaməsində əksini tapmış Transmilli Avrasiya İnformasiya Supermagistralı təşəbbüsü üzrə geniş miqyaslı işlərin davam etdirilməsi, BMT-yə üzv dövlətlər və BMT tabeli qurumalarla fikir mübadiləsi aparmaq olub.
Nümayəndə heyəti BMT İnkişaf Proqramının rəhbərliyi, BMT Baş Katibinin informasiya texnologiyaları üzrə müşaviri, iqtisadi məsələlərlə məşğul olan BMT Baş Assambleyasının ikinci Komitəsinə Assambleyanın 64-cü sessiyası zamanı sədrlik edəcək Koreya Respublikasının BMT yanında Daimi Nümayəndəsi və həmin Komitənin sədri, eyni zamanda Əfqanıstan, Estoniya, Pakistan, İordaniya, Sudan, Litva, Bolqarıstan, Türkiyə, Belarus, Moldova, Qazaxıstan, Misir, Sloveniya, Rusiya, Kuba, Yamayka, Çin, Çexiya, Ukraynanın BMT yanında Daimi Nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.
Bundan başqa, Azərbaycan nümayəndə heyəti BMT-nin mənzil-qərargahında bütün BMT üzv dövlətləri üçün "Transmilli Avrasiya İnformasiya Supermagistralı" üzrə brifinq keçirib. Brifinqdə Əli Abbasov, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Aqşin Mehdiyev çıxış edərək sözügedən təşəbbüs barədə ətraflı məlumat verib, sualları cavablandıraraq, fikir mübadiləsi aparıblar.

Digər xəbərlər