Gənclərin psixoloji amillərdə rolu artırılmalıdır
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması" adlı lahiyənin təqdimatını həyata keçirib. Gənclərin psixoloji amillərdə rolunun artırıması məqsədilə keçirilən tədbirdə GVB-nin sədri Müqamət Əliyev çıxış edib. Onun sözlərinə görə, layihədə müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsi, onun gənclərinin vətənpərvər tərbiyəsinə ciddi fikir verilməsi əsas şərtlərdən biridir. Dövlət bu sahələrdə bir sıra proqramlar həyata keçirsə də, reallıq göstərir ki, sadalanan məsələlələ bağlı təkcə dövlətin səyləri kifayət etmir. Burada qeyri-hökumət təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür.
M.Əliyev onu da söylədi ki, layihədə, əsasən, gənclər arasında fiziki mənəvi hazırlıq, vətənpərvərlik ruhunun qaldırılması ilə bağlı dövlətçiliyə, tarixi, milli-mədəni və əxlaqi dəyərlərimizə ehtimatla yanaşmaları, o cümlədən, öz qüvvəsinə inamın, mərdlik və qətiyyətliyin, zirəkliyin, inadkarlığın, dözümlülük və soyuqqanlıq kimi keyfiyyətləri gənclər arasında təşviq etməkdən ibarət olub.
Layihədə faydalanlar 18 yaşa qədər 250 nəfər, 18-30 yaşa qədər 500 nəfər, 30-50 yaşa qədər 340 nəfər, 50 yaşdan yuxarı 120 nəfər olub. Cəmi 1210 nəfər kişi və qadın bu layihədən faydalanıblar. GVB-nin sədri M.Əliyev onu da bildirib ki, layihənin hesabat dövründə Milli karate-do Federasiyası, Kontakt karate-do, Çü-citsu karate-do Federasiyaları, GVB-nin Oyama karate klubu, Natik İdman klubu, Zəfər qalası ədəbi-publistik hərbi vətənpərvərlik qəzeti, Qoşa ulduz ictimai-siyasi və elmi publisistik jurnalı, müəllim və psixoloqlar, Gələcəyə Körpü, Gələcəyin səsi, Olimpist gənclər, Gələcəyin Kitabxanası İctimai Birliklərinin nümayəndələri, məşqçilər, idmançılar, QHT-ın fəal könüllü üzvləri ilə birlikdə yüksək nailiyyətlər əldə olunub. Sonda M.Əliyev qeyd edib ki bu yönümlü layihələr davamlı şəkildə həyata keçiriləcək.