Əli Həsənov: “Dini etiqad azadlığı haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər Azərbaycanda dini fəaliyyətin nizamlanmasını nəzərdə tutur”
"Dünyanın elə bir ölkəsi yoxdur ki, orada dini təşkilatların fəaliyyəti tənzimlənməsin. Bu baxımdan, Azərbaycanda da belə bir tənzimlənməyə ehtiyac var". Bu haqda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, "Dini etiqad azadlığı haqqında" qanuna nəzərdə tutulan dəyişikliklər yalnız Azərbaycanda dini fəaliyyətin nizamlanmasını nəzərdə tutur.