PDF Oxu

Əsas

  • 26

15 İyun Milli Qurtuluş Günü dövlət müstəqilliyimizin ən böyük tarixi nailiyyətidir

15 İyun Milli Qurtuluş Günü dövlət müstəqilliyimizin ən böyük tarixi nailiyyətidir
Respublikamızın şəhər və rayonlarında, həmçinin, respublikamızdan kənar şəhərlərində Milli Qurtuluş Günü geniş şəkildə qeyd edilib. AMEA və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Səbail rayon təşkilatı sədrinin müavini Əhliman Qarayev 15 iyunun Azərbaycan xalqının tarixində çox mühüm hadisələrdən olduğunu qeyd etdi: "Qurtuluşdan başlanan inkişaf, tərəqqi bu gün daha da sürətlənib, ümummilli liderimiz Heydər Əliyevin vurğuladığı kimi, Azərbaycan demokratiya prinsipləri, demokratik iqtisadiyyat sahəsində başqa dövlət üçün nümunə olub. Xalqımız yeni həyatın başlanğıcını qoyan ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiqdir, bu irsin öyrənilməsi və təbliği istiqamətində səylər göstərir."
Ə.Qarayev Qurtuluş Gününün Azərbaycan tarixində böyük rolunun olduğunu qeyd etdi: "Azərbaycanın bu günü, prespektivi birbaşa Heydər Əliyevin qayıdışı ilə bağlıdır. Qurtuluş Günü olmasaydı, bugünkü Azərbaycan olmayacaqdı. Müasir Azərbaycan Heydər Əliyevin adı ilə bağlıdır və bu, Onun yaratdığı əsərdir".
YAP Səbail rayon təşkilatı sədrinin müavini müstəqil dövlətimizin Qurtuluşdan ötən dövr ərzində imza atdığı uğurlardan geniş bəhs etdi. Vurğuladı ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqət mərkəzində olub. Bu gün həmin marağın daha da artdığının şahidiyik: "Ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikrini bir daha təsdiqləyir. Belə ki, Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin ölkə Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində iqtisadi cəhətdən qüdrətlənən Azərbaycan bütün sahələrdə böyük inkişafa, tərəqqiyə nail olub".
Tədbirdə AMEA-nın Gənc Alimlər Şurasının sədri İlqar Orucov "AMEA-nın inkişafında ümummilli lider Heydər Əliyevin rolu", Tarix Muzeyinin elmi-maarif şöbəsinin müdiri Bəhmən Kərimov "Azərbaycanda muzey işinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda çıxış edərək, bugünkü Azərbaycanın sürətlə yeniləşən, inkişaf edən, müasirləşən Azərbaycan olduğunu bildirdilər. Çıxış edənlər qeyd etdilər ki, bu gün bu yol, bu inkişaf, bu tərəqqi Heydər Əliyevin 1993-cü ildə Azərbaycana qayıtması qurtuluş məfkurəsinin Azərbaycanda əsasının qoyulması və qurtuluşdan sonra başlanılan Heydər Əliyev siyasətinin      bilavasitə nəticəsidir. Heydər Əliyevin bu yolu, uğurlu siyasəti Onun layiqli davamçısı, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  cənab İlham Əliyev layiqincə həyata keçirməkdədir. YAP Yasamal rayon təşkilatının üzvü Fikrət Quliyev müstəqil dövlətimizin bugünkü durumu ilə müstəqilliyimizin ilk illərindəki vəziyyəti müqayisə etməklə, Azərbaycanın hazırda inkişafın ən yüksək mərhələsində olduğunu qeyd etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev istər hakimiyyətinin birinci (1969-1982), istərsə də ikinci (1993-2003) dövründə bütün fəaliyyətini Azərbaycanın çiçəklənməsinə, qüdrətlənməsinə həsr edib. Xalqa xidmət, vətənə sədaqət hər iki dövrdə ümummilli liderin fəaliyyətinin əsasını təşkil edib.
Tədbir bədii hissə ilə davam edib.

Digər xəbərlər