PDF Oxu

Əsas

  • 14

Ann Dərsi: “ Azərbaycanın inkişafı mətbuat üçün yaxşı imkanlar yaradır”

Ann Dərsi: “ Azərbaycanın inkişafı mətbuat üçün yaxşı imkanlar yaradır”
Azərbaycanda diplomatik missiyasını başa vuran ABŞ səfiri Ann Ders keçirdiyi mətbuat konfransın bir sıra açıqlamalarla çıxış edib.
 A.Dersi bildirib ki, ölkəmizdə böyük dəyişikliklər və inkişaf prosesi gedir: "Azərbaycanda böyük dəyişikliklər baş verir. İqtisadiyyat inkişaf edir, ölkədə həyat səviyyəsi yüksəlir. Bu, mətbuat üçün də çoxlu yaxşı imkanlar yaradır". Ann Ders Azərbaycan jurnalistlərinə nailiyyətlər arzulayaraq qeyd edib ki, Azərbaycanı ölkənin inkişafına, Azərbaycan xalqının tarixinə və mədəniyyətinə böyük hörmət hissi ilə tərk edir. Amerika diplomatı Azərbaycanda diplomatik fəaliyyət göstərməsi ilə fəxr etdiyini bildirib: "Növbəti illərdə də Birləşmiş Ştatlar Azərbaycanın tərəfdaşı olaraq qalacaqdır. Mən isə öz növbəmdə, ömrümün axırınadək Azərbaycan xalqının dostu olacağam. Fəxr edirəm ki, Bakıda Amerikaya xidmət etmişəm". Səfir deyib ki, harda olsa da Azərbaycan haqqında danışacaq və onun uğurlarına sevinəcək.
Amerika səfirinin bildirdiyinə görə, ABŞ prezidenti Barak Obama Amerikanın Litvadakı səfiri postuna onun namizədliyini irəli sürüb. Onun rəsmi təyinatı üçün namizədliyi Senat tərəfindən təsdiq edilməlidir.

Digər xəbərlər