PDF Oxu

Əsas

  • 10

“Bakinski Raboçi” qəzetinin “Rossiyskie Vesti” adlı əlavəsinin təqdimatı keçirilib

“Bakinski Raboçi” qəzetinin “Rossiyskie Vesti” adlı əlavəsinin təqdimatı keçirilib
Dünən "Park İnn" otelində "Bakinski Raboçi" qəzetinin "Rossiyskie Vesti" adlı yeni əlavəsinin təqdimat mərasimi olub. Nəşrin təqdimat mərasimində çıxış edən "Avrasiya tədqiqatlar institutu" Rusiya Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Rauf Həsənov iki ölkə arasında tərəfdaşlığın və əməkdaşlığın dərin köklərə söykəndiyini qeyd edərək, nəşrin bu yöndə əhəmiyyətindən bəhs edib. 
"Avrasiya tədqiqatlar institutu" Rusiya Fondunun prezidenti Valeri Tursunov da iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində bu nəşrin özünəməxsus rolunu yüksək qiymətləndirdilər. V.Tursunov, həmçinin, Rusiya prezident administrasiyasının xüsusi fəxri fərmanını "Azərbaycan" Nəşriyyatının direktoru, "Bakinski Raboçi" qəzetinin baş redaktoru Ağabəy Əsgərova təqdim etdi.
Mükafatın özü üçün sürpriz olduğunu söyləyən Ağabəy Əsgərov Azərbaycan və rus xalqları arasında münasibətlərin tarixi bağlılıqlara malik olduğunu bildirdi. "Bakinski Raboçi" qəzetinin baş redaktoru ölkələrimiz arasında mədəni və iqtisadi əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb. A.Əsgərov, oxculara təqdim olunan bu nəşrin və başçılıq etdiyi redaksiyanın iki ölkə arasında münasibətlərin inkişafına bir töhfə olacağını qonaqların diqqətinə çatdırdı. Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin də, öz növbəsində, iki ölkə arasında münasibətlərin həmişə yüksək səviyyədə olmasını mərasim iştirakçılarının nəzərinə çatdırdı: "Rusiya və Azərbaycan  arasında münasibətlərdə heç zaman gərginlikər müşahidə edilməyib. Bu gün biz görürük ki, Azərbaycan və Rusiyanın vətəndaş cəmiyyətləri arasında münasibətlərdə hər zaman tərəfdaşlıq və əməkdaşlıq ab-havası yüksək olub". Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin bölmə müdüri Vüqar Əliyev iki ölkə arasında münasibətlərin tarixi əsaslara söykəndiyini qeyd edərək, bildirdi ki, Azərbaycan və Rusiya arasında münasibətlərdə anlaşılmazlıqların olduğu məqam mövcud deyil. V.Əliyev iki ölkə arasında sosial-iqtisadi və mədəni əlaqələr barəsində oxuculara nəşr olunan xülasə sayəsində də geniş məlumatların çatırılacağını diqqətə çatdırdı. Azərbaycandakı rus icmasının rəhbəri, millət vəkili Mixail Zabelin də çıxışında Rusiyada analoji nəşrin buraxılması təklifini irəli surdüyünü bildirdi qeyd etdi ki, Rusiya mətbuatında da Azərbaycan mətbuatı haqqında belə dərgilərin olması təqdirəlayiqdir. Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da çıxışında iki ölkə mətbuatı arasında əlaqələrin gücləndirilməsinin vacibliyindən danışdı: "İki ölkə mətbuatı arasında münasibələr daima inkişaf etdirilməlidir. Bu baxımdan, yeni nəşrin olması çox vacib və çox məqsədəuyğundur. Çox gözəl ənənənin əsası qoyulub. Dövlətlərarası münasibətlərdən kənar münasibətlər, xalqlar arasında dostluq və əməkdaşlıq inkişaf etdirilməlidir" deyən S.Novruzov bu istiqamətdə atılan hər bir addımın müsbət dəyərləndirildiyini bildirib.

Digər xəbərlər