PDF Oxu

Əsas

  • 15

Azərbaycanla Gürcüstan ticarət əlaqələrini genişləndirir

Azərbaycanla Gürcüstan ticarət əlaqələrini genişləndirir
Azərbaycanın Baş naziri Artur Rasizadə Gürcüstan hökumətinin başçısı Nika Gilauri ilə görüşüb. Hökumət başçılarının təkbətək görüşündən sonra geniş tərkibdə görüş olub.
Artur Rasizadə qeyd edib ki, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Gürcüstan münasibətləri bütün istiqamətlər üzrə fəal inkişaf edir. Artur Rasizadə iki ölkə arasında xüsusilə ticarət sahəsində əlaqələri yüksək qiymətləndirərək bildirib ki, münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının mühüm rolu olub. Azərbaycan hökumətinin başçısı ikitərəfli əlaqələrin inkişafının regionun ümumi vəziyyətinə də müsbət təsir göstərdiyini vurğulayıb.
Baş nazir vəzifəsində Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Gürcüstan hökumətinin başçısı Nika Gilauri isə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Nika Gilauri ölkələrimiz arasında ələqələrdən razı qaldığını söyləyərək, ən çətin məqamlarda Azərbaycanın Gürcüstana hər zaman yardım etdiyini xatırladıb.
Gürcüstan hökumətinin başçısı Azərbaycanın Gürcüstan iqtisadiyyatına sərmayə qoymaqla yanaşı, bu ölkə ilə birlikdə energetika, nəqliyyat və digər sahələrdə beynəlxalq miqyaslı layihələr həyata keçirdiyini vurğulayıb. Nika Gilauri Azərbaycan-Gürcüstan əlaqələrinin, birgə həyata keçirilən iri regional layihələrin nəinki region, həm də bütün Avropa üçün böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Digər xəbərlər