PDF Oxu

Əsas

  • 15

Dövlət neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişafında da maraqlıdır

Dövlət neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişafında da maraqlıdır
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyası bu gün də ardıcıl və məqsədəuyğun şəkildə həyata keçirilir. Həyata keçirilən uğurlu tədbirlər nəticəsində də, ölkənin valyuta ehtiyatlarının sürətlə artması, qazanılan vəsaitdən qeyri-neft sektorunun inkişafında istifadə edilməsi və bu sahələrə xarici investisiyaların daha çox cəlb olunması üçün yeni imkanlar yaranır, yeni iş yerlərinin açılması sürətlənir, əhalinin həyat səviyyəsi yaxşılaşır.
Dövlət neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafında da maraqlıdır. Sözsüz ki, ölkəmizin ən böyük sərvəti neft və qazdır. Bu sərvətlər xalqımıza xidmət edir və neft sektorunun inkişafı da qeyri-neft sektorunun tərəqqisinə yönəldilib. Qeyri-neft sektorunun, özəl bölmənin inkişafına böyük diqqət göstərilməsinin nəticəsidir ki, bu gün ölkədə hərtərəfli dirçəliş, tərəqqi müşahidə olunur, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edir.
Bu gün hamımız şahidik ki, regional proqram son dərəcə uğurla yerinə yetirilir, rayonlarımızın siması sürətlə dəyişir. Bölgələr, sözün həqiqi mənasında, tikinti meydançasına çevrilir, məktəblər, xəstəxanalar, idman sarayları, sənaye, kənd təsərrüfatı müəssisələri inşa olunur. Ən ucqar dağ kəndlərinə asfalt yollar çəkilir. Bütün bunlar isə, qeyri-neft sektorunun inkişafından xəbər verir. Qeyri-neft sektorunun inkişafı, özəl bölmənin dinamikası, regionların canlanması rayonlardan şəhərə axını azaldır .
Hökumətin həyata keçirdiyi tədbirlər göstərir ki, enerji, yüngül və ağır sənaye, bank, maliyyə, kənd təsərrüfatı, nəqliyyat, rabitə, informasiya-kommunikasiya texnologiyaları sahələrinə investisiya qoyuluşunun həcmi bundan sonra daha da artacaqdır.
İqtisadçı-ekspert İlham Şaban qeyd etdi ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bir neçə Dövlət Proqramı qəbul edilib və həyata keçirilib. Bütün bunlar Azərbaycan höküməti tərəfindən atılan böyük addımdır. Bu ilin əvvəllərində qeyri-neft sektorunda artımlar müşahidə olunub. Bölgələrdə yeni müəssisələr fəaliyyətə başlayıb. Bunlar faktiki olaraq müsbət haldır və ölkənin inkişafından xəbər verir. Həm regionda, həm də postsovet məkanında Azərbaycan qədər bu templə, bu xətlə inkişaf edən, irəliləyən ikinci bir ölkə yoxdur. Ölkədə özəl sektorun inkişafı üçün yaxşı biznes layihələrə ehtiyac duyulduğunu deyən İ.Şaban bildirdi ki, bu cür layihələrin hazərlanması yaradılan müəssislərin bazarda uzun müddət dayanıqlılığını hazırlayır və həyata keçirir.
Dünyada baş verən iqtisadi böhranda sonra Azərbaycana qoyulan xarici investisiyalarda azalma olsa da, əvəzində daxili sərmayə artıb. İnfrastruktur layihələr dayandırılmayıb həyata keçirilib və bu istiqamətdə tədbirlər davam edir. Yeni səhiyyə, mədəniyyət, təhsil ocaqlarının tikilməsi və s. bütün bunlar dövlət investisiyasının hesabına həyata keçirilib.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı 2009-2013- cü illər Dövlət Proqramı"nın əhəmiyyətinə toxunan iqtisadçı-ekspert qeyd etdi ki, yeni Dövlət Proqramı Azərbaycanın hər bir bölgəsinin inkişafına yeni bir stimul verəcək. Bildiyimiz ki, Dövlət Proqramı, demək olar ki, ölkənin ən ucqar dağ kəndlərini belə əhatə etməsi nəzərdə tutur. Bütün sahələrin inkişafı məqsədini daşıyır.

Digər xəbərlər