PDF Oxu

Əsas

  • 12

Ulu öndər Heydər Əliyev ideyalarına xalq sevgisi

Ulu öndər Heydər Əliyev ideyalarına xalq sevgisi
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə dünən Bakı Dövlət Universitetində "İlham alıram" və "YAP partiyamız" mahnılarının təqdimat mərasimi keçirilib. Xalq artisti Mələkxanım Eyyubovanın ifa etdiyi mahnıların  sözləri Tağı Sadiqin (Əhmədov), musiqisi isə xalq artisti Zamiq Əliyevindir. Təqdimat mərasimində Milli Məclisin üzvləri, nazirliklərin və digər dövlət təşkilatlarının nümayəndələri, tanınmış incəsənət və elm xadimləri iştirak edirdilər.
Mərasimdə giriş sözü ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov qonaqları qocaman ali təhsil ocağının kollektivi adından salamlayıb. A.Məhərrəmov təqdim olunan kliplərdə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasına, Prezident İlham Əliyevə dərin məhəbbətin ifadə olunduğunu vurğulayıb. Prezident İlham Əliyevə indiyədək xeyli sayda sənət əsərinin həsr olunduğunu xatırladan A.Məhərrəmov "İlham alıram" klipinin də onların sırasına daxil olduğunu bildirib: "Ümumiyyətlə, bu mahnının sözlərində və ifasında Prezident İlham Əliyevə dərin məhəbbət var. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevə dərin məhəbbəti ifadə edən sənət əsərləridir". A.Məhərrəmov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişaf etdiyini qarşıdakı illərdə də inkişafın daha böyük vüsət alacağını bildirib. Millət vəkili təqdimat mərasimi münasibətilə həm T.Əhmədovu, həm də xalq artistləri Zamiq Əliyev və Mələkxanım Əyyubovanı təbrik edib.
Mərasimdə çıxış edən YAP-ın Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov bu mahnıların ərsəyə gəlməsində zəhməti olanları təbrik edib. Əli Əhmədov qeyd edib ki, çiçəklənən Azərbaycan  şeirlərlə, musiqilərlə də vəsf olunur: "Eyni zamanda, bütün bunlar Azərbaycana sevginin və məhəbbətin nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, güclənir və möhkəmlənir. Azərbaycanın inkişafında yaradıcı insanlar da öz xidmətlərini göstərirlər. Bu mənada da YAP haqqında yazılan mahnılar da insanların qəlbinə yol tapa biləcək. Bu mahnıdan sonra insanlar tərəddüd etmədən YAP sıralarına qoşulacaq və sıralarımız daha da artacaq. Bu sənət əsərləri, eyni zamanda, partiyamızın təbliğatında da özünü göstərəcək. YAP üzvləri mahnıları dinləyərək, partiyamızı, ulu öndərimiz Heydər Əliyevin ideyalarını tərənnüm edəcək". Əli Əhmədov sənət adamlarının Azərbaycanın uğurlarını yeni-yeni əsərlərlə tərənnüm etməsini arzu edib: "YAP daim inkişaf etməkdədir. Azərbaycan nə qədər gözəlləşirsə, möhkəmlənirsə, güclənirsə, YAP da o qədər qüdrətlənir və əzəmətli olur. Təbii ki, həyatdakı bütün gözəllik və əzəmət həmişə tərənnüm olunub. Bütün bunlara şeirlər qoşublar, mahnılar bəstəliyiblər. Təsadüfi deyil ki, bu gün Yeni Azərbaycan Partiyasına şeirlər qoşulur və mahnılar yazılır. Güman edirəm ki, bu yaxşı ənənə YAP-a həsr olmuş şeir və mahnıların nümunəsində bir daha özünün təsdiqini tapır. YAP o qədər möhtəşəm, əzəmətli və insanların qəlbinə yol tapan bir partiya olub ki, artıq ona şeir qoşub, mahnılar bəstələyirlər. Bütün bunlar partiyamızın inkişafını, ideyalarını, insanların məhəbbətini ifadə edir. Bu insanlar öz fəaliyyətləri ilə dövlətmizə xidmət edirlər, eyni zamanda, öz şeir və mahnıları ilə partiyamızın inkişafına dəstəklərini nümayiş etdirirlər. Bu mənada, Tağı Sadiqin şeirlərinə yazılmış YAP-a həsr olmuş mahnı bu duyğuları yaşatdı"  deyə YAP-ın Sədr müavini vurğulayıb.
YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov qeyd edib ki, YAP öz fəaliyyəti ilə insanların ürəklərinə yol tapıb: "Məhz bunun nəticəsidir ki, bu gün dövlətimizin və partiyamızın şərəfinə sənət əsərləri yaranır".
Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov mahnıların insanın ruhunu oxşadığını deyib. O, əmin olduğunu bildirib ki, YAP-a həsr olmuş mahnı xalq tərəfindən seviləcək.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov YAP haqqında yazılmış bu cür mahnıların ancaq böyük sevgidən və sədaqətdən qaynaqlandığını dilə gitirib. Bilidirib ki, Azərbaycan xalqı öz liderinə və partiyasına həmişə öz hörmət və istəyini müxtəlif formalarla çatdırıb: "Bu baxımdan da T.Əhmədovun sözlərinə həsr olunmuş hər iki möhtəşəm mahnı da dillər əzbəri olacaq".
T.Əhmədovun sözlərinə bəstələnmiş hər iki mahnının bəstəkarı xalq artisti, tarzən Zamiq Əliyev bildirdi ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yolunu davam etdirərək, sənət adamlarına daim qayğı göstərir. Ona görə də, dövlətimizin başçısına və ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP-a həsr olunmuş mahnı bəstələmək məsuliyyətli və şərəfli işdir.
Xalq şairi Nəriman Həsənzadə çıxışında bildirdi ki, İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu fəaliyyəti ilə sübut edib: "Həqiqətən də, xalqla Prezidentimizin birliyi sarsılmazdır. Prezidentimiz Azərbaycanı qarış-qarış gəzərək insanlarla görüşür, onların qayğıları ilə maraqlanır. Bölgələrin sürətli inkişafı, insanların rifah halının yüksəlməsi İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Ona görə də, bu gün Prezidentimizə və partiyamıza həsr olunmuş mahnıların ərsəyə gəlməsi tamamilə təbii haldır. Bu təqdimetmə mərasimi münasibətilə zəhməti olanları təbrik edirəm."
Milli Məclisin üzvü Fəttah Heydərov qeyd etdi ki, son illər ölkəmizdə xüsusi inkişaf qeyd olunmaqdadır: "Şəhərlərimiz, rayonlarımız, kəndlərimiz inkişaf etməkdədir. Ölkənin bütün guşələrində yollar, yaşıllıqlar, parklar və xiyabanlar salınır, yeni zavodlar, fabriklər və binalar tikilir. Bu, ondan xəbər verir ki, Azərbaycan çiçəklənir. Mahnının mətnlərində bu sözlər qeyd olunub". F.Heydərov bildirdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi birmənalı şəkildə dəstəkləyir. Bu fakt göstərir ki, Heydər Əliyev siyasəti Azərbaycanda əbədidir və ulu öndərimiz daim bizimlədir. Xalq Prezident İlham Əliyevin fəaliyyətini görərək yüksək qiymətləndirir. F.Heydərov görülən işlərdən ətraflı bəhs edən əsərlərin müəlliflərinə yeni yaradıcılıq yollarında uğurlar arzuladı.
Prezident İlham Əliyevin Azərbaycanı inkişafa apardığını deyən millət vəkili, professor Rəbiyyət Aslanova tədbirdə çıxış edərək  bildirdi ki, ötən beş il ərzində ölkəmiz sürətli inkişaf yolu keçərək böyük nailiyyətlər qazanıb. "Bu nailiyyətlərin qazanılmasında dahi lider öz həyatını bu yolda qurban verərək xalqın rifahı naminə çətin yoldan çəkinmədi. Bu gün artıq təməlli bir Azərbaycan var və bunun banisi Heydər Əliyevdir. Ulu öndərimiz haqqında, partiyamız və bu siyasi kursa sadiq Prezidentimiz İlham Əliyevə həsr olunan əsərlərin müəlliflərini təbrik edir, onlara uğurlar arzulayıram.
YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Fikrət İsmayılov isə qeyd edib ki, bu mahnının ərsəyə gəlməsində YAP-ın cəmiyyətdə rolu öz təsirini göstərib: "Mahnının sözlərini yazmış Tağı Əhmədov öz fəaliyyəti ilə ulu öndər Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevə daim sədaqətli olduğunu nümayiş etdirib. Onun fikrincə, yalnız YAP-ın sıralarında olan insanlar belə əsərlər yarada bilər". F.İsmayılov qeyd edib ki, T.Əhmədovla yanaşı, xalq artistləri Zamiq Əliyev və Mələkxanım Əyyubova da YAP Yasamal rayon təşkilatının üzvləridir.  
Qeyd edək ki, mərasimdə sənət adamlarından xalq artistləri Mələkxanım Eyyubova, Ramiz Zöhrabov və başqaları çıxış etdilər. Çıxış edənlər ölkənin ictimai-siyasi həyatından bəhs edən, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyətini əks etdirən mahnıların sayının daha da artırılması istiqamətində görüləcək işlərdə müəlliflərə və ifaçıya uğurlar arzuladılar.
Mahnıların sözlərinin müəllifi Tağı Sadiq deyilən bütün xoş sözlərə görə, mərasim iştirakçılarına təşəkkürünü bildirib: "YAP-ı tərənnüm etdiyimiz üçün çox xoşbəxt insanlarıq. Bu əsərlərin yaranması ulu öndər Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevə olan sədaqətdən doğan sənət nümunələridir".
Təqdimat mərasimi əməkdar artistlər Simarə İmanova, Nuriyyə Hüseynova, xalq artisti Ağaxan Abdullayev və digər tanınmış incəsənət xadimlərinin ifaları da dinlənilib.

Digər xəbərlər