PDF Oxu

Əsas

  • 20

Tarixin yaddaşında əbədi yaşayacaq dahi şəxsiyyət

Tarixin yaddaşında əbədi yaşayacaq dahi şəxsiyyət

Ümummilli liderimiz Heydər Əliyevin 86 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunmaqdadır. Demək olar ki, bir neçə müddətdir ki, ümumilli liderin doğum günü ilə bağlı bir sıra tədbirlər həyata keçirilməkdədir. Xalqımız öz dahi xilaskar oğlunun 86 illik yubileyini böyük təntənə ilə qeyd edir. Öz mənalı həyatını xalqımızın inkişafı üçün sərf edən bu böyük insan xalqı üçün gördüyü möhtəşəm və əzəmətli işləri ilə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. Hər bir siravi vətəndaş bugünkü firavan həyatına görə ümummilli liderimiz Heydər Əliyevə minnətdardır. Ulu öndərimizin doğum günü ilə bağlı ictimayyət nümayəndələri daha çox Onun siyasi irsinin öyrənilməsini və bugünkü gənc nəslə aşılanmasının vacibliyini bildirirlər.

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev:

- Bu gün bütün Azərbaycanın hər yerində dövlətimizin qurucusu və memarı, xalqımızın xilaskarı dahi öndərimiz Heydər Əliyevin doğum günü ilə əlaqədar geniş tədbirlər keçirilir, xalqımızın dövlətimizin qarşısında ulu öndərimiz Heydər Əliyevin misilsiz xidmətləri bir daha anılır. Ona xalqın dərin hörməti və ehtiramı ifadə olunur. Bu, bir həqiqətdir ki, tarix şəxsiyyətləri ilə tarix olur. Mayası Vətən və xalq sevgisindən yoğrulan, xalqının yolunda çəkdiyi əzab-əziyyəti sevgi ilə qarşılayan, dünyanı özünə heyran qoyan Heydər Əliyev, Tanrının xalqımıza bəxş etdiyi böyük şəxsiyyət idi. Bu gün artıq Onun adı ilə bağlı olan hər şey tarixə çevrilir. Biz də gözümüzün qarşısında baş vermiş, canlı şahidləri olduğumuz hadisələri tarixi aspektdən yenidən qiymətləndirməyə, onları tarix üçün önəmini dərk etməyə borcluyuq. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının ən böyük oğlu, Azərbaycan dövlətinin isə atasıdır. Həm də müstəqil dövlətimizin bütün dünyaya tanıtdıran böyük fenomenal şəxsiyyətdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə öz zəngin təcrübəsi, yüksək intellekti sayəsində ardıcıl olaraq milli tarixi siyasəti işləyib hazırlamış və bütün çətinliklərə sinə gərərək, onu dönmədən həyata keçirmişdir.
Bu gün ölkədə fəaliyyət göstərən, xalqın sevgi və məhəbbətini qazanan güclü və qüdrətli partiya olan Yeni Azərbaycan Partiyası, ölkə Prezidenti İlham Əliyev tərəfindən getdikcə güclənməkdədir. Çünki ölkə Prezidenti İlham Əliyev cənabları ümummilli liderimiz Heydər Əliyevin qoyduğu uğurlu siyasəti davam etdirir.

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri, millət vəkili Sevindik Hətəmov:

- Müstəqil Azərbaycan öz tarixinin yeni mərhələsini yaşamaqdadır. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü xalqımız və bütün dünya türk dövlətləri tərəfindən böyük ehtiramla qeyd olunur. Bu gün xalqımız ona görə xoşbəxtdir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına və gənc müstəqil dövlətimizə böyük siyasətçi İlham Əliyev cənabları rəhbərlik edir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanın sosial-iqtisadi inkişaf strategtyasında böyük bir canlanma var.
Bu gün xalqımız, bir də ona görə xoşbəxtdir ki, ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan proqrama əsasən fəaliyyət göstərir. Çünki Yeni Azərbaycan Partiyasının rəhbərliyi altında aparılan bütün məsələlər Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmişdir. Artıq 1991-ci ildən xalq partiyaya daha çox etibar edir. Bu partiyanın siyasi xəttinin ən üstün cəhətlərindən olan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının köklü prisiplərinin bərqərar olmasına zəmin yaratmışdır.
Partiyamızın yaranmasından keçən bu 17 illik vaxt bir daha onu göstərir ki, ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan inkişaf edir və bu gün bu inkişafı davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarıdır. Bu gün Heydər Əliyev siyasətini yaşadan Onun davamçısı İlham Əliyev cənabları partiyanın və müstəqil Azərbaycanın inkişafı sayəsində daha uğurlu siyasət yürüdür. Eyni zamanda, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatında böyük nailiyyətlər əldə edən bir partiyadır. Məhz bu səbəbdəndir ki, Yeni Azərbaycan Partiyasının gücü, qüdrəti Heydər Əliyev ideyalarından qaynaqlanaraq Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edir.

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı:

- Ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı rayonumuzda da geniş tədbirlər keçirilməkdədir. Xalqımız bu tarixi günü yüksək səviyyədə keçirməklə öz liderlərinə dərin məhəbbətlərini ifadə edirlər. Bu tədbirlərdə dahi öndərimizin xalq və dövlət üçün gördüyü əvəzsiz işlər xatırlanır, ideyalarının reallaşdırılması üçün səylər göstərilməsi qeyd olunur. Çünki ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi daha etibarlı müstəviyə keçdi. Azərbaycan daxilində yaranan sabitlik və beynəlxalq aləmdə ölkəmizə artan inamın nəticəsi idi ki, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanan neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Sonradan uğurla davam etdirilən bu siyasət məntiqi sonluğunu tapdı. Ulu öndərin memarı olduğu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri kimi nəhəng enerji lahiyəsi reallaşdı. Adətən, insanlar zamanın ardınca gedir. Yalnız dahilər zamanı qabaqlayırlar. O, zamanı qabaqlamağa qadir şəxsiyyət idi. Qısa zaman kəsiyində dünyanın nəhəng dövlətlərinin mənafelərini Azərbaycanda birləşdirdi. Dövləti qurdu, dövlətçiliyi möhkəmləndirdi, vətəndaş cəmiyyətini formalaşdırdı, dünya azərbaycanlılarının birliyini yaratdı.
Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Natiq İbadov:
- Ulu Yaradan ümummilli liderimiz Heydər Əliyevə çox şey vermişdi - fenomen yaddaşı, dərin təhlil qabiliyyətini, öz xalqına, vətəninə bağlılığı, sadəliyi, dözümü, bəlağətli nitqi, hətta yaraşıqlı boy-buxunu və nəhayət, tarix yaratmaq bacarığını. Onun xalqın rifahına yönələn, sona çatdıra bilmədiyi işlər indi Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər prezident seçkilərində öz estafetini Azərbaycanın yeni lideri, davamçısı İlham Əliyevə verərkən, demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bəli, indi Azərbaycan dünyada söz sahibi olan, nüfuzlu bir dövlətdir. Ulu öndər Heydər Əliyevin ruhu isə bu dövlətin bayrağında, himnində, gerbində və hər bir azərbaycanlının qəlbindədir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 35 il ərzində xalq və vətən üçün etdiklərini bəzən normal təfəkkürün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini Onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

Digər xəbərlər