PDF Oxu

Əsas

  • 12

“Heydər Əliyev: Şəxsiyyət və Zaman” kitabının təqdimatı olub

“Heydər Əliyev: Şəxsiyyət və Zaman” kitabının təqdimatı olub
Respublikamızın bütün regionlarında ulu öndərimiz Heydər Əliyevin 86-cı ildönümü ilə əlaqədar geniş tədbirlər keçirilməkdədir. Dünən Atatürk Mərkəzində "Gənc Liderlər" Uşaq Təşkilatının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 86-ci ildönümü ilə bağlı millət vəkili, tanınmış yazıçı-publisist Elmira Axundovanın "Heydər Əliyev: Şəxsiyyət və Zaman" adlı dördcildlik kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə millət vəkilləri, təşkilatın fəal üzvləri və mətbuat nümayəndələri iştirak etdi. İlk öncə, tədbir iştirakçıları aprelin 30-da Dövlət Neft Akademiyasında baş verən qanlı faciədə həyatını itirən tələbələrin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra tədbiri giriş sözü ilə "Gənc Liderlər" Uşaq Təşkilatının sədri Fərid Şahbazlı açaraq, belə bir görüşlərin keçirilməsinin uşaqların dünyagörüşünün inkişafında müsbət rolu olduğunu dedi. Onu da bildirdi ki, ulu öndərimiz Heydər Əliyev həmişə uşaqlara, gənclərə böyük qayğı və diqqət yetirməklə yanaşı, bizləri çox sevirdi. Elə bu sevginin nəticəsi idi ki, ölkəmizdə komitələr, təşkilatlar, qurumlar yarandı: "Bu gün biz fəxr edirik ki, ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycanda yaşayırıq və dahi liderimizin siyasi yolu, vətənpərvərliyi hər birimizə örnəkdir".
Daha sonra  Atatürk Mərkəzinin rəhbəri, millət vəkili  Nizami Cəfərov bildirdi ki, istedadlı publisist Elmira Axundova həm millət vəkili, həm də istedadlı yazıçıdır. O, ulu öndər haqqında ən samballı əsərlərin müəlifidir: "Elmira Axundova ulu öndər Heydər Əliyev barədə ciddi təqdiqat əsərləri yazır və bu əsərlər öz axıcılığı, sadəliyi ilə yaddaqalandır".
N.Cəfərov onu da vurğuladı ki, kitab dərin təhlil və müəllif şərhləri ilə müşayiət edilən xeyli sayda az məlum olan fakt, epizod, eksklüziv informasiya ilə zəngindir: "Yazıçının ulu öndər Heydər Əliyevlə şəxsi tanışlığı və dostluğu romana xüsusi emosionallıq və səmimiyyət gətirir."
Daha sonra şagirdlər çıxış edərək publisist E.Axundovanın kitablarında Heydər Əliyev şəxsiyyətinin daha rahat dillə yazıldığını qeyd etdilər. Yazılan əsərlərin gəncliyə yadigar qalacağını vurğulayan gənclər, Heydər Əliyev şəxsiyyətinə hər zaman pərəstiş edəcəklərini  də dilə gətirdilər.
Görüşdə çıxış edən millət vəkili Lalə  Abbasova bu gözəl kitabları gənc nəsil üçün yadigar qoyduğunu və onların gənclər üçün həqiqətən böyük hədiyyə olduğunu bildirdi.
Səbail rayon icra hakimiyyəti başçısının müavini Xalidə Bayramova, millət vəkilləri Zahid Oruc və Asim Mollazadə  kitablarla bağlı müsbət fikirlər söylədilər.
Tədbirin sonunda "Heydər Əliyev: Şəxsiyyət və Zaman" kitabının müəllifi, istedadlı publisist, millət vəkili E.Axundova bildirdi ki, 5 ilə yaxın gərgin zəhmət nəticəsində bu layihə həyata keçirilib. E.Axundova "Heydər Əliyev: Şəxsiyyət və Zaman" çoxcildlik roma-tədqiqatını ömrünün ən mühüm layihəsi saydığını qeyd etdi: "5 ilə yaxın gərgin zəhmət, ulu öndərin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, DTK arxivlərində, Prezidentin şəxsi arxivində iş ulu öndərimizin ən dolğun və obyektiv bioqrafiyasını yaratmaq cəhdi romanın unikal sənədli əsasını təşkil edir."

Digər xəbərlər