PDF Oxu

Əsas

  • 18

Naxçıvanda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 86-cı ildönümü qeyd olunub

Naxçıvanda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 86-cı ildönümü qeyd olunub
Naxçıvan Dövlət Universitetində (NDU) görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 86-cı ildönümünə həsr olunmuş elmi konfrans keçirilib. Tədbirdə NDU-nun rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərindən, onun ictimai fəaliyyətindən danışıb. Sonra universitetin pediatriya fakültəsi tələbələrinin elmi məruzələri dinlənilib. Konfrans iştirakçıları Zərifə xanım Əliyevaya həsr olunmuş kitablardan ibarət sərgi ilə tanış olmuşlar. Həmçinin Aprelin 28-də akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasında və Zərifə xanım Əliyevanın anadan olduğu Şahtaxtı kəndində onun adını daşıyan məktəbdə də görkəmli oftalmoloq alimin doğum günü qeyd edilib.

Digər xəbərlər