PDF Oxu

Əsas

  • 18

İzmirdə Ulu öndər Heydər Əliyev adına Lisey inşa ediləcək

İzmirdə Ulu öndər Heydər Əliyev adına Lisey inşa ediləcək
SOCAR-Petkim Neft-kimya Holdinqi İzmirin Aliağa rayonunda ulu öndər Heydər Əliyevin adını daşıyacaq texniki lisey inşa etdirəcək. Liseyin tikintisinə dair protokol İzmir valiliyində imzalanıb. Vali Cahit Kıraç bildirib ki, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyacaq texniki lisey bölgədə ən yüksək səviyyəli təhsil ocaqlarından biri olacaq. Petkim şirkətinin baş direktoru Kənan Yavuz qeyd etmişdir ki, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Aralıq dənizinə, Petkim şirkəti ilə Egey dənizinə uzanmışdır. Ən qısa müddətdə inşa ediləcək lisey də bu dostluğun daha bir nümunəsi olacaq. Heydər Əliyev adına liseydə 24 sinif otağı, 300 şagird üçün pansionat, 10 mənzildən ibarət bina və idman salonu olacaq.

Digər xəbərlər