(Əvvəli ötən sayımızda)
Habelə, Böyük Vətən müharibəsindən 4-5 il sonra Azərbaycan türkləri də yalan könüllülük adı altında Ermənistandan deportasiya edilmişlər. Hələ də bu xalqların və millətlərin taleyinə dünya birliyi biganəlik və laqeydlik göstərir. Ancaq günün günortaçağı erməni fitnəsinə, saxtakarlığına uyanlar - qatığa qara deyən Qərb parlamentləri və erməni diasporunun yalağına çənə söykəmiş parlamentarlar özlərini səfeh və ya satqın adamlar kimi aparır, tərəqqipərvər insanları özlərinə güldürürlər. Onlar dərk etmək istəmirlər ki, 24 aprel günü erməni qanı axıdılmayıb. Osmanlı dövlətçiliyinin əleyhinə iş aparan, xəyanət yolu tutan bir sıra erməni təşkilatlarının rəhbərləri qanuna müvafiq qaydada göz altına alınıblar. Bu tədbiri soyqırımı kimi qəbul edən və buna səs verən parlament üzvlərini qrupbaz xristian manyakı kimi qəbul etmək olar. Onlar dərk etmək istəmirlər ki, may ayında yerdəyişmə haqqında qanun qəbul edilməsəydi, ya türk dövləti tam məhv edilərdi, ya da ölüm-olum savaşı gedən döyüş meydanında bir erməni insanı belə sağ-salamat qalmazdı.
Əslində, bu yerdəyişmə erməni xalqının xilası kimi dəyərləndirilməli və özünün həqiqi qiymətini almalıdır. Əgər bu tədbir Osmanlı dövləti tərəfindən həyata keçirilməsəydi, indi nə dünyəvi dövlətlərdə oturuş tapan erməni diasporu yaranardı, nə bu qədər gücə malik erməni toplumu meydana gələrdi, nə də erməni-daşnak faşistləri özlərində cəsarət tapıb türk dünyasına qarşı meydan sulamaq eşqinə düşmüş olardılar. Sadəcə olaraq, bu həpəndlər "erməni soyqırımı" adı altında pozuculuq fəaliyyətləri ilə türk-müsəlman dünyasına qarşı xaçlılar yürüşünün bayrağını qaldırırlar. Sosialist-kapitalist cəbhələşməsindən azad olmuş dünyanı xristian-müsəlman qarşıdurmasına sürükləyirlər.
Erməni-daşnak faşistləri öz çirkin oyunlarından əl çəkmək fikrindən uzaqdırlar. Boş dağara daş atıb dığırlatmaqdan, səs çıxarmaqdan yorulmaq bilmirlər. Türk əleyhdarları isə "torbada pişik var" bəhanəsindən zaman-zaman faydalanırlar. Türklərin ermənilərə inam göstərməmək üçün tam əsasları vardı. Ermənilər döyüş gedən ərazilərdən köçürülməsəydi, Türkiyə hökuməti öz varlığını saxlamaq imkanını əldən vermiş olardı. Təkcə bir erməni nəfərinin satqınlığı ucbatından "Allahu Əkbər" dağında 90 min türk əsgərini rus işğalçıları məhv etmişdir. Habelə Rus ordusunun Türkiyə sərhədini keçib Şərqi Anadoluya daxil olmasıyla bahəm, Türkiyə ordusunda xidmət edən 50 min erməni mənşəli türk əsgəri xəyanət yolu tutaraq rusların tərəfinə keçmiş və türklərə qarşı döyüşmüşdülər. Ümumiyyətlə, I Dünya müharibəsində ermənilərdən qat-qat çox türk əhalisi qırılmışdır. Belə ki, N.Sokolskinin 1923-cü ildə yazdığına və statistik məlumatlara görə, 1915-ci illərdə Türkiyədə cəmi 1 mln 285 min nəfər erməni yaşamışdır. Köçürülənləri, qaçqınları, Türkiyədə qalıb yaşayanları bu saydan çıxsaq, aydın olur ki, bu dövrdə ölən ermənilərin sayı 10 minlərlə, ölən türklərin sayı isə 100 minlərlə olmuşdur. Lakin erməni-daşnak faşistləri öz törətdiklərini əks tərəfin üzərinə qoymaq kimi qarayaxmayla, qaraçı qanlarından irəli gələn hay-küylərinə burada da don geydirməkdən usanmaq bilməmişlər. Hazırda 24 aprel gününü uydurma "erməni soyqırımı" günü kimi bütün dünya dövlətlərinə tanıtmağa cəhd göstərirlər.
Bu gün beynəlxalq arenada fırladılan qondarma və uydurma "erməni soyqırımı" əfsanəsi ümumi erməni saxtakarlığının apogeyidir. Yalan yalana söykənir. Uydurmalar bir-birinə calana-calana sonu görünməyən və olmayan bir həddə çatdırılıbdır. İlk öncə "erməniləri məhv etməklə bağlı Tələt paşanın teleqramı var" deyə-deyə erməni-daşnak faşistləri haray-həşir qopardılar. Sənədlər əsasında isbat olundu ki, bu teleqram əsli olmayan, uydurma bir qalka köçürməsidir. Bu yalanları baş tutmayanda ikinci bir uydurmaya, yalan ifadəyə əl atdılar. Guya Adolf Hitler yəhudilərin soyqırımına rəvac verərkən "bu gün erməni soyqırımını kimdir yada salan" ifadəsini işlədibdi. Los-Ancelesdəki Kaliforniya Universitetinin professoru Riçard Ovanesyan 1983-cü ildə bəyan edir ki, A.Hitlerin bu ifadəsini işlətməsi barədə 23 noyabr 1945-ci il tarixdə, daha doğrusu, ondan bir gün əvvəl Nürnberq prosesinin stenoqramında məlumat var. Hətta söylənilir ki, A.Hitler bu ifadəni Polşaya hücum etməzdən əvvəl, 22 avqust 1939-cu il tarixdə müharibəyə başlamağa hazırlıqla əlaqədar olaraq öz baş komandanlarına müraciətində işlədibdi. Halbuki nə həmin gün, nə ondan əvvəl, nə də sonra Nürnberq tribunasında belə bir şey, belə bir söylənmə və dilə gətirilən ifadə məsələsi olmamışdır.
Belə bir ifadə birinci dəfə Assoşieyted Pressin Berlin şöbəsinin müdiri L.Lexnerin 1942-ci ildə nəşr etdirdiyi kitabda özünə yer tapıb. Halbuki bunun da doğru olmadığı təsdiqlənibdir. Çünki A.Hitlerin belə bir ifadə işlətməsinə dair heç bir inandırıcı sübut, dəlil yoxdur. Alman faşistləri Polşa torpaqlarına soxulduqları zaman belə, hələ Hitler öz çıxışlarında antiyəhudi fəaliyyət barədə heç bir ifadə işlətməmişdir. Lakin Riçard Ovanesyanın bu qərəzli, bədnam, yalan cümlələr işlətməsindən sonra, 1984-cü ildə, qəribədir ki, ABŞ-da çoxsaylı dövlət rəsmiləri və konqresmenlər bu saxta ittihamı tutuquşu kimi dəfələrlə təkrarlamışlar. Lakin bu yalanları da ayaq açıb yeriməmişdi.
Ermənilər uydurma "erməni soyqırımı" hadisəsindən 70 il sonra daha bir fırıldağa, iftiraya əl atmışlar. 1985-ci ildə səs salmışlar ki, guya müasir Türk Cümhuriyyətinin qurucusu M.K. Atatürk 22 iyun 1926-cı ildə İsveç jurnalisti Emil Xilderbranda verdiyi müsahibəsində erməni soyqırımını tanımasını bəyan edib. Əlbəttə, əgər doğrudan da, ermənilər deyən belə bir fakt olsaydı, uydurma erməni soyqırımının tarixi həqiqətliyi üçün bu bəyanat çox ciddi arqument ola bilərdi. Araşdırma zamanı məlum olmuşdur ki, M.K.Atatürk 22 iyun 1926-cı il tarixdə İzmir şəhərində olmuş, lakin bu səfəri zamanı kiməsə müsahibə verməmişdir. Ümumiyyətlə isə, onun 20 illik hakimiyyəti dövründə Emil Xilderband adlı İsveç vətəndaşının Türkiyə Cümhuriyyəti ərazisində olması sübuta yetirilməmişdir. Erməni saxtakarları tərəfindən bir-birinin ardınca düşünülmüş şəkildə ortaya atılan, lakin mənbəyi olmayan bu sayaq uydurmaların sayı-hesabı yoxdur. Bununla belə, erməni-daşnak faşistlərinin təbliğat maşını, təşviqatçıları uydurma "erməni soyqırımı" ilə bağlı hər cür saxtakarlıqları yaymaqda davam edirlər. Hər cür dələduzluğa baş vururlar.
Xüsusilə, onların məşhur rus rəssamı Vasili Vereşaginin "Müharibə apofeozu" adlı rəsm əsəri ilə dələduzluq etmələrindən danışmamaq olmur. Hal-hazırda rəssamın müharibə mövzusunda kətan parça üzərində işlədiyi bu sənət əsəri Moskva şəhərinin məşhur Tretyakov adına rəsm qalereyasında saxlanılır. Rəssam bu rəsm əsərini 1871-ci illərdə işləmiş, özü isə I Dünya müharibəsi başlanmazdan on il əvvəl dünyasını dəyişmişdir. Rəsm əsərinin obyekti heç vaxt ermənilər olmamışdı və ola da bilməzdi. Bu sənət əsərinin I Dünya müharibəsi ilə, ermənilərlə heç bir bağlılığı, əlaqəsi yoxdur. Lakin erməni-daşnak faşistləri dələduzluq yolu ilə bu əsəri mənimsəmişlər. Əsərdə insan kəllələrindən toplanmış qalaq təsvir olunur. Erməni dələduzları bu rəsm əsərinin fotoreproduksiyasını çıxararaq altında 1915-1917-ci illər yazmış və kağız üzərinə rəssamın saxta imzasını köçürmüşlər. Bu kəllələr, guya türklər tərəfindən soyqırıma düçar edilən ermənilərə məxsusdur. Uydurma "erməni soyqırımı" ilə heç bir əlaqəsi olmayan bu reproduksiyanı poçt və təbliğat plakatlarında, reklam vərəqələrində yerləşdirmişlər, ayrı-ayrı kitab üzlüklərində bolluca nəşr və çap etmişlər.
İstənilən superdövlət bu həlqəni barmağına keçirərək dünya arenasında Türkiyə əleyhinə bir vasitə kimi fırladır. Erməni saxtakarlığından və Türkiyə əleyhinə olan ziyankarlığından kifayət qədər faydalanır. Əgər belə olmasaydı, erməni-daşnak terrorçuların törətdiklərini heç demirəm, bu sadə sənəd cinayətkarlarını bunca müdafiə etməzdilər. Axı, sənədlərin saxtalaşdırılmasının özü də dövləti cinayətdir. Hər bir dövlətin cinayət məcəlləsində saxtakarlara qarşı maddə, cinayət məsuliyyətinə cəlbolunma tələbləri var. Bəs görəsən, həmin ölkələrin qanun keşikçiləri nə üçün erməni saxtakarlığına hüquqi qiymət vermirlər?! Nə üçün özlərini sivil ölkə adlandıran, demokratiyanın flaqman hökumətləri, onun ali qanunvericilik orqanları - parlamentləri dövləti cinayəti müdafiə edirlər?!
Cəzasızlıq şəraitindən istifadə edən erməni-daşnak faşistləri peşəkarcasına terror aksiyaları törədirlər. İnsan qatilləri cəzalandırılmaq əvəzinə cinayətlərinədək müdafiə olunurlar, sərbəst buraxılırlar. Yoxsa Amerika, Qərbi Avropa parlamentariləri bizimlə "məndən ötən qardaşıma dəydi, elə bildim saman çuvalına dəydi" oyunu oynamaqdan həzz almazlar. Bütün bunlardan azğınlaşan erməni-daşnak faşistləri özlərinin uydurduqları saxta soyqırımlarını millətin üzərinə atırlar. Hətta iddia edirlər ki, erməni genosidi yəhudi soyqırımının müjdəçisi olub. XX əsrin ilk soyqırımıdır. Hətta şişirtmə yolu ilə qələmdən keçən erməni qırğınına dair rəqəmlər, hələ də ekspert rəyindən keçirilmir. Erməni-daşnak faşistləri isə ilkin dövrlərdə şişirdilmə ilə qeydə alınan 300 min erməni öldürülüb ifadəsindəki rəqəm göstəricisini ilbəil dəyişdirir, artırırlar. "Böyük qırğın" adı altında guya 1915-ci ildə 2,5 mln, təqribən həmin dövrdə dünya ermənilərinin sayı civarında erməninin öldürüldüyünü iddia edirlər. Bu rəqəm dildən-dilə keçir, kağızdan-kağıza köçürülür. Çox güman ki, erməni saxtakarlığı dünyadakı ermənilərin sayı hərgah 6 mln və ya ondan çox olsaydı, utanıb-qızarmadan bu rəqəmi 6 mln-luq yəhudi genosidinə çatdırar, bəlkə də bu rəqəmi arxada qoymuş olardılar. İnsan həyasını itirəndə ondan hər nə desən gözləmək olar.
Görün bir iş nə yerə çatıb ki, erməni saxtakarlığı, habelə, A.Hitlerin adına ünvanlanan, əsli olmayan sitatlar, uydurma mülahizələr ABŞ dövlətinin bir çox ştatlarının orta məktəblərində dərs vəsaiti kimi tədris olunur. ABŞ-ın ali qanunvericilik orqanlarında yuva qurmuş R.Doul kimi ermənipərəst senator və konqresmenlər küpəgirən qarılar sayaq qondarma "erməni soyqırımı"nı İran saqqızı kimi çeynəməkdən, ərəb təsbehi kimi daşlarını o yan-bu yana çevirməkdən, saymaqdan yorulmaq bilmirlər. Erməni yalanına cürbəcür, çeşid-çeşid don biçirlər, dünya ictimaiyyətini həqiqətdən yayındırmağa çalışırlar. Fransada, İsveçrədə hətta erməni saxtakarlığını inkar edənlərə qarşı ölkənin CM-də müvafiq maddələr də təsbit edilir. Bu gün "erməni məsələsi" ABŞ-da prezident seçkilərində namizədlər üçün səs toplamaq vasitəsinə, senatorlar, konqresmenlər, qubernatorlar üçün isə varlı erməni diasporlarından və beynəlxalq təşkilatlarından pul çəkmək məsələsində bir oyuna çevrilib. Oyunbazlıq göstərməkdə Fransanın əldə tutduğu "erməni məsələsi" bir oyun, bir marionetkadır. Rusiya üçün isə bu məsələ Qafqazda oturacaq yerinə işlətdiyi söykəksiz kətildir.
Hər il aprel ayının 24-də dünyanın aparıcı ölkələrində əlləri yüz minlərlə türkün qanına boyanan, qatı millətçiliyi ilə tanınan, türk düşmənçiliyini dövlət siyasətinə çevirən erməni-daşnak faşistləri uydurma "erməni soyqırımı" yalanını ucuz şou-tamaşayla qeyd edirlər. Erməni millətini "məzlum", "əzabkeş", "çox təcavüzlərə məruz qalan", "qurbanlıq quzu" qismində dünya birliyinə sırıyırlar. Kimsə demir ki, 1915-ci ildə 1,3 mln-dan az erməninin yaşadığı bir ərazidə, bu ərazinin 11 mln türk əhalisini məhv edib bu torpaqları Rusiyanın tərkibinə qatmaq və ya hansısa uydurma monoetnik erməni dövləti yaratmaq hansı məntiqə sığır?! Haqq-ədaləti bunca tapdamaqmı olar?!
Qoy öz qürurunu itirmiş qərb parlamentariləri qərb şərqşünası Pyer Dümanın - "Qoy siyasətçilər tarixə müdaxilə etməsinlər. Onların müdaxiləsi saxtakarlıqla müşayiət olunur" xəbərdarlığını sırğa edib qulaqlarından assınlar. Bu xəbərdarlığı qulaqardına vurub qondarma "erməni soyqırımı"nı tanımaq lehinə səs verməklə haqqı danmasınlar, vicdanlarına kölgə salmasınlar. Onsuz da öz əməllərinə görə ermənilər hər xalq, hər dövlət üçün bir cürə mənalandırılan, ünvanlandırılan ayamalar qazanmışdılar. İngiltərə erməni məsələsindən kifayət qədər, yetərincə istifadə edib.
Bu gün ermənilər ingilislər üçün eninə-boyuna, hər yanına silinib atılan bir əsgi parçasından başqa bir şey deyildir. Fransızların əlində Türkiyə dövlətindən çimdik götürən maşaya bənzəyir. İmperiya siyasətində I Pyotrdan üzü bəri Rusiya üçün haylar işğalçılıq vasitəsi olub, olaraq da qalır. Heyif ki, bu murdar tikəni kəsib ata bilmirik...