PDF Oxu

Əsas

  • 7

Beynəlxalq yer günü qeyd olundu

Beynəlxalq yer günü qeyd olundu
XIX əsrin 40-cı illərindən qeyd edilən beynəlxalq "Yer günü" bəzən ağac günü kimi də qeyd edilib. Azərbaycanda isə, bu günün keçirilməsinə ötən əsrin 70-ci illərindən - ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Bəşəriyyət tarixində XX əsr texniki tərəqqi və kosmos əsri kimi qalsa da, bu dövr həm də, ətraf mühitə elan olunmamış səlib yürüşü kimi də xarakterizə olunur.
Çünki onilliklər boyu müharibələr və digər antropogen təsirlər nəticəsində ekoloji tarazlıq pozuldu. Meşə massivlərinin və yaşıllıq zolaqlarının sürətlə məhv edilməsi nəticəsində bəşəriyyət qlobal ekoloji problemlərlə üz-üzə qaldı. Nəhayət, ötən əsrin 70-ci illərindən başlayaraq dünyanın hər yerində yaşıllar hərəkatı başlandı. Milyonlarla insan könüllü olaraq mütəmadi ağac əkinlərində iştirak etdi. 30 il ərzində bu hərəkatda iştirak edənlərin sayı 20 mln-dan 200 mln-a qədər artdı.
Ölkəmizdə də bu hərəkata dövlət və qeyri-hökumət təşkilatları qoşulub. Yeni Azərbaycan Partiyası və Dövlət Neft Şirkəti bu nəcib təşəbbüsün öncüllərindəndir. Bu təşkilatlarda birləşən minlərlə insan mütəmadi olaraq ağacəkmə kampaniyasında iştirak edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyində isə bu məsələyə gündəlik iş kimi baxırlar. Yer kürəsinin quru hissəsinin cəmi 27 faizi yaşıllıqlarla örtülüb. Azərbaycan ərazisinin isə cəmi 11,4 faizi meşəlik ərazidir. Bunun da 20 faizi Qarabağ və ətraf rayonlardadır.
Təəssüf ki, dünya sivilizasiyasının gözü önündə bu ərazilərdəki nadir meşə sahələri ermənilər tərəfindən məqsədli şəkildə məhv edilir. Qalan ərazilərdəki meşələr isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qorunur və inkişaf etdirilir. Son 5 ildə dövlət proqramları çərçivəsində 69.700 ha-da meşə zolaqları salınıb. Bu da əvvəlki 5 illə müqayisədə 3 dəfə çoxdur.

Digər xəbərlər