PDF Oxu

Əsas

  • 20

AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində aprelin 20-dən 24-dək Bakıda Fərdi tərəfdaşlığın əməliyyat Planı, Planlaşdırma və Analiz Proqramı çərçivəsində NATO ekspertləri ilə məsləhətləşmələr aparılacaq.
"Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində aprelin 20-dən 24-dək Lyublyana şəhərində (Sloveniya) NATO Birləşmiş Əməliyyat, Birləşmiş Transformasiya və Tərəfdaşlığın Koordinasiya Qrupunun Hərbi Əməkdaşlığın Koordinasiyası üzrə işçi görüşü keçiriləcək. Həmin proqrama əsasən, həmçinin Oberammerqau şəhərində (Almaniya) mülki-hərbi əməkdaşlıq (CİMİC) qərargahı kursu (20-24 aprel), Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin qərargahına təyin olunması nəzərdə tutulmuş zabitlər üçün kurs (20-24 aprel), İzmirdə (Türkiyə) hava əməliyyatları üzrə təkmilləşdirilmiş terminologiya kursu (27 aprel-08 may) təşkil ediləcək.Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.

Digər xəbərlər