PDF Oxu

Əsas

  • 16

“ÜMİD” YATAĞINDAN 300 MİLYARD KUBMETR TƏBİİ QAZ HASİL OLUNACAQ

“ÜMİD” YATAĞINDAN 300 MİLYARD KUBMETR TƏBİİ QAZ HASİL OLUNACAQ
Azərbaycan 2009-cu ildə yeni qaz yataqlarının axtarışına başlamaq niyyətindədir. Yerli maliyyə vəsaitləri hesabına istimar edilən "Ümid" yatağından isə 300 milyard kubmetr mavi yanacaq hasil olunacağı gözlənilir. Bu barədə məlumat verən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, maliyyə-iqtisadi böhran neft bazarına təsir etsə də, mavi yanacağın qiyməti enməyib. Azərbaycan bu imkandan yararlanaraq, qaz hasilatını artırmaq niyyətindədir. ARDNŞ yerli sərmayələr hesabına yeni yataqların istismarına başlamışdır. Qarşıda duran əsas hədəf isə, "Ümid" yatağından mavi yanacaq əldə etməkdir. R.Abdullayev qeyd edib ki, böhran ilində təbii ehtiyatların hasilatı da azalmayacaqdır. Bu ilin sonunadək neftçilərimizin 50 milyon ton "qara qızıl" hasil edəcəyi proqnozlaşdırılır. Məqsəd təbii sərvətlərimizi yeni Avropa bazarlarına çıxarmaqdır.

Digər xəbərlər