PDF Oxu

Əsas

  • 13

Bu gün parlamentin növbəti iclası keçiriləcək

Bu gün parlamentin növbəti iclası keçiriləcək
Milli Məclisin mətbuat xidmətindən "Səs"ə verilən məlumata görə, bu gün keçiriləcək iclasda Milli Məclisin daimi komitələrinin işinin təşkil olunması, daimi komitələrin tərkibinin müəyyən edilməsi, İctimai Televiziyanın Yayım Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq.
Bundan başqa, deputatlar "Xüsusi iqtisadi zonalar haqqında", "Dərman vasitələri haqqında", "Bəzi rayonların inzibati ərazi bölgüsündə dəyişiklik edilməsi haqqında" qanun layihələrinə də münasibət bildirəcəklər.
Həmçinin, məlumatda bildirilir ki, martın 14-də keçirilən iclasda bəzi rayonların, o cümlədən, Bərdə rayonunun Dilənçilər kəndinin adının dəyişdirilməsi haqqında, eyni zamanda, Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında məsələlərə də baxacaqlar. Xüsusilə, parlamentin Regional Məsələlər Komissiyasının keçirdiyi iclasda da bu məsələlər müzakirə edilərək, sənədlər Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub.

Digər xəbərlər