PDF Oxu

Əsas

  • 14

Türkiyəli gənclər Ermənistanla sərhədlərin açılmasına qarşı çıxır

Türkiyəli gənclər Ermənistanla sərhədlərin açılmasına qarşı çıxır

Son zamanlar Azərbaycan cəmiyyətində böyük narazılıq və etirazla  qarşılanan Türkiyə hökumətinin Ermənistanla sərhədləri açmaq istəyi, türkiyəli gənclər tərəfindən də böyük etiraza səbəb olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alan bir qrup Türkiyə tələbə "Səs" qəzetinə müraciət edərək, iki qardaş dövlət arasında yarana biləcək uçurumdan narahatlıqlarını ifadə ediblər. Onlar hazırda Türkiyədə hakimiyyətdə olan AKP iqtidarının yürütdüyü siyasətin kökündən yanlış olduğunu və türklərin tarixən düşmən olan Ermənistanla sərhədlərin açılması ilə bağlı utancverici məsələdən bədbinlik keçirdiklərini söyləyiblər.

Mustafa Özkan: "Ərdoğan bizi qardaşlarımızın yanında utandırdı"

ADPU-nun biologiya fakültəsinin IV kurs tələbəsi, Mustafa Özkan iki qardaş ölkə arasında belə bir xoşəgəlməz prosesin yaranmasından böyük narahatlığını ifadə edib. O bildirib ki, Türkiyədə hakimiyyətdə olan R.T.Ərdoğanın komandası nə iş gördüyünü və hansı istiqəmatdə siyasət yürütdüyünün hələ də fərqində deyil.   Doğulduğu İstanbul şəhərində xeyli sayda azərbaycanlıların olduğunu və onlarla daima qardaşlıq münasibətləri saxladığını söyləyən M.Özkan Ərdoğanın günahı ucbatından azəri dostlarının üzünə baxa bilmədiyini vurğulayıb: "Biz iki dövlətdə yaşasaq da, Azərbaycan bizim ikinci bir vətənimizdir. Bu ölkədə biz təhsil almağa gələndə, ilk növbədə, qardaşlarımızın yanına gəldiyimizi əsas tutmuşuq. İndi isə türklərin düşməni olan ermənilərlə "dost" olan AKP-çilər bizi bu vətəndə rüsvay ediblər" deyə M.Özkan Türkiyədə yaşayan gəncələrin 94 faizinin Abdullah Gül və R.T.Ərdoğan hakimiyyətini sevmədiyini bildirib.

Bilgin Alan: "Qarabağ ermənilərdən azad olmayınca və ermənilər sözdə "soyqırımı" məsələsindən geri çəkilməyincə, sınırların açılması yanlışdır"

Türkiyənin Toqat şəhərindən olan DPU-nun IV kursunda  təhsil alan Bilgin Alan da Qarabağ ermənilərdən azad olmayınca və ermənilər sözdə "soyqırımı" məsələsindən geri çəkilməyincə, sınırların açılmasının yanlış addım olduğunu bildirib. O, qeyd edib ki, Türkiyə ictimaiyyətinin 90 faizi AKP-nin bu addımına qarşıdır. Azərbaycanda təhsil alan türkiyəli tələbələr adından Ermənistanla sərhədlərin açılmasına qarşı çıxdıqlarını qeyd edib: "Biz Ərdoğanın qazan-qazan siyasətin dəstəkləyirik, ver-ver siyasətini isə dəstəkləmirik" deyən B.Alan, nəyin bahasına olur-olsun, sona qədər bu addıma qarşı çıxdıqlarını bildirib.

Gökhan Akgül: "Sınırların açılması Ermənistanın Türkiyə üzərində qələbəsidir"

Türkiyənin Manatiya şəhərindən olan ADPU-nun fizika faultəsinin IV kursunda təhsil alan Gökhan Akgül Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ probeləminin yaranmasından sonra Türkiyə ilə Ermənistsan sərhədlərinin bağlanıldığını bildirib. G.Akgül hazırda isə Türkiyə-Ermənistan arasında sınarların açılmasını Ermənistanın Türkiyə üzərində qələbəsi kimi qiymətləndirib. Qeyd edib ki, türk sultanlarından olan Nuru Paşanın Bakını ermənilərdən azad etməkdə azəri qardaşlaramıza etdiyi köməkliyi, Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir", Azərbaycanlıların ulu öndəri Heydər Əliyevin "Bir millət - iki dövlət" kimi səslənmiş böyük kəlamlar türkün-türkdən başqa dosut olmadığını bir daha sübut edib.

Ayhan Tunər: "Ermənilər soyqırımı məsələsini kənara qoymamış Türkiyə güzəştə getməməlidir"

DPU-nun biologiya fakultəsinin IV kursunda təhsil alan və əslən Türkəyinin Hakkari şəhərindən olan Ayhan Tunər türkün yeganə düşməni olan ermənilərə qarşı edilən güzəştlərlə razılaşmadığını bildirib. A.Tunər qeyd edib ki, ermənilər sözdə soyqırımı məsələsini kənara qoymamış Türkiyə güzəştə getməməlidir. Çünki türklərə qarşı torpaq və sözdə soyqırımı siyasətindən əl çəkməyən ermənilərin qarşsında geri çəkilmək onların qələbəsi olar.

Korhan Kök: "Biz ermənilərə boyları qədər qızıl versək də, onlar "soyqırım" məsələsindən əl çəkməyəcəklər"

Türkiyənin paytaxtı Ankarada boya-başa çatmış, ADPU-nun IV kursunda təhsil alan Korhan Kök dilimiz, dinimiz, irqimiz bir olan dövlətdən erməninin üstün tutulmasını AKP-nin satqınlığı kimi qələm verib. K.Kök "Biz ermənilərə boyları qədər qızıl versək də, onlar "soyqırım" məsələsindən əl çəkməyəcəklər. Çünki bütün dünyada fəaliyyət göstərən erməni lobbisi məhz həyatları boyu bu məsələni car çəkməklə məşğuldurlar. Ermənistanla sərhədlərin açılmasında AKP iqtidarı ətrafında toplaşan etnik toplumların rolunu da unutmaq olmaz" deyən K.Kök R.T.Ərdoğana Fələstində ölən körpə uşaqlar kimi Qarabağda öldürülən uşaqlara da göz yaşı tökərək hayqırmağın gərəkli olduğunu söyləyib.

Çakır Daşdəmir: "Türkiyə savaşda qazandığını masa ətrafında itirir"

Bakıda təhsil alan, Türkiyənin Yozqat şəhərindən olan DPU-nun tələbəsi Çakır Daşdəmir Türkiyə savaşda qazandığını masa ətrafında itirdiyini bildirib. Qeyd edib ki, Trükiyə ilə sınırların açılması bizə heç nə verməyəcək. Əslində isə, Dağlıq Qarabağ münaqişəsini müharibə yolu ilə həllinə imkan yaradacaq: "Bütün Türkiyə özünün dost və qardaşını yaxşı tanıyır. Ona görə də, türkün təkcə Ərdoğan və Güldən ibarət olmadığı hər kəsə bəllidir. Sınırların açılmasında isə Türkiyədə yaşayan 10-11 faizlik erməni toplumunun və yanlış seçimin başlıca rol oynadığını" bildiən Ç.Daşdəmir bütün türkləri birliyə səsləyib.

Digər xəbərlər