Türkiyə-Ermənistan sərhədi açılır
ABŞ dövlət katibi Hillari Klintonun Ankara ziyarəti, Obama rəhbərliyinin Türkiyəyə baxışının, Buş rəhbərliyinə görə köklü fərqliliklər ehtiva etdiyini ortaya qoydu
Beləcə, Klintonun ziyarəti ABŞ ilə Türkiyə arasındakı əlaqələrin yeni bir dövrə girdiyinin ilk addımı oldu. Yeni ABŞ rəhbərliyi ilə Türkiyə, Orta Şərq və Avrasiyada birlikdə konkret və qalıcı işlər etməyə qərarlı görünür. Bu əməkdaşlığın əhəmiyyətli və 2009-cu ildə nəticə alınması gözlənilən maddəsi Ermənistandır. Ortaq məlumatda, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması səylərinə ABŞ-ın dəstək verəcəyi vurğulandı. Ortaq məlumatdakı ifadələr, Obama rəhbərliyinin 24 apreldə Türkiyənin yanaşmasına uyğun şərh edəcəyini, ancaq Türkiyənin də çox yaxında Ermənistan ilə normallaşma müddətinə girəcəyini açıqlayacağını işarə edir.
Yerevandakı matçdan sonra başlayan müddət
Türkiyə prezidenti Abdullah Gülün 6 sentyabrda futbol matçı izləmək üçün Yerevana etdiyi ziyarətin ardından Türkiyə-Ermənistan arasında başlayan yaxınlaşma müddətində müsbət addımların davam edəcəyi zatən müəyyən olmuşdu. İki ölkə arasında gizli görüşmələr Avropada davam edir. Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) təşkilatının müvəqqəti başçısı sifətiylə 24 noyabrda İstanbula gələn Ermənistan xarici işlər naziri Eduard Nalbandyan, Ermənistan prezidenti Serj Sarkisyanın 2009-cu ilin oktyabrında Abdullah Gülün dəvəti ilə Türkiyəni ziyarət edəcəyini açıqlamışdı.
Ermənistanın bu təşkilatda müddətli rəhbərliyi səbəbiylə Yerevanda martın sonunda nəqliyyat nazirlərinin yığıncağı keçiriləcək. Türkiyənin bu yığıncağa məsləhətçi səviyyəsində qatılması gözlənilir. Yerevanda 15 apreldə təşkil ediləcək olan QDİƏT Nazirlər Şurası yığıncağına xarici işlər naziri Əli Babacan da qatılacaq. Yerevanda aprelin sonunda da enerji nazirlərinin yığıncağı təşkil ediləcək. Yığıncağa enerji naziri Helmi Gülərin də qatılması gözlənilir. 1 mayda Azərbaycan QDİƏT-in müvəqqəti başçısı olana qədər Türkiyədən Ermənistana nazirlər və yüksək rütbəli rəsmilərin olduqca sıx bir ziyarət axını gözlənilir.
Sərhədlər məhdudlaşdırılaraq açılacaq
29 mart bələdiyyə seçkiləri sonrası və 24 aprel öncəsi Türkiyə və Ermənistan əlaqələrinin normallaşması planının şərhi gözlənilir. Buna görə də, diplomatik əlaqələrin qurulması ilk addım olacaq. İkinci addımda da sərhədlər məhdudlaşdırılacaq.
Ortaq Tarix Komissiyanının qurulması isə zatən qərarlaşdırılmış vəziyyətdədir. 4 saylı sərhəd nöqtəsindən başlayıb 148 saylı sərhəd nöqtəsində sona çatan Türkiyə-Ermənistan sərhədinin uzunluğu cəmi 325 km-dır. Bu xəttə bağlı vəziyyətdə olan iki sərhəd qapısı vardır: "Alican Quru yolu Sərhəd Qapısı" və "Akyaka Dəmiryolu Sərhəd Qapısı".
"Alican Quru yolu Sərhəd Qapısı", köhnədən Qarsın bir mahalı olan İqdırın Alican kəndində vardır. "Akyaka Dəmiryolu Sərhəd Qapısı" isə Qarsın Akyaka mahalına bağlıdır. Köhnədən Arpaçay mahalına bağlı bir nahiyə olan Akyakanın köhnə adı Kızılçakçakdır. Bu səbəblə, "Akyaka Dəmiryolu Sərhəd Qapısı"nın köhnə adı da "Kızılçakçak Qapısı"dır. Qarsa 66 km. uzaqlıqda tapılan bu qapı xalq arasında "Şərq Qapı" olaraq bilinməkdədir. Ermənilər isə bu qapıya "Ahuryan Qapısı" adını vermişdir. Söz mövzusu olan qapıda dəmiryolu xaricində bir kənd yolu da vardır.
Sarkisyan öldürülməkdən çəkinir
Türkiyə-Ermənistan əlaqələrinin normallaşması addımlarının açıqlanmasında və tətbiq olunmasında ən böyük maneə erməni diasporu və Ermənistanda silahlı müqavimət göstərə biləcək köklü qarabağlılar sayılır. Sarkisyan Türkiyə ilə normallaşma müddətini açıqladıqdan sonra öldürülməkdən çəkinir.
Rusiya Federasiyası Türkiyə-Ermənistan yaxınlaşmasına dəstək verərkən, Azərbaycan Xarici İşlər Nazirliyi iyunda Ankarada "Azərbaycan-Türkiyə Strateji Ortaqlığı və Regional Təhlükəsizlik" adında bir yığıncaq təşkil edərək Türkiyədə Bakının fikirini əks etdirmək istəyir.