Son günlərdə qardaş Türkiyə Respublikasının xəyanətkar Ermənistan dövlətinə sərhəd qapılarının açılması xəbərini eşidib, dərin narahatçılığımı bu məktub vasitəsilə Sizə ünvanlamağı özümə borc bildim.
Biz böyük türk xalqıyıq. Düz on əsrdi ki, türk dövlətçilik siyasəti öz düzgün, hamar yolu ilə bütün zamanlarda həm Şərq, həm də Qərb dövlətləri arasında böyük nüfuza malik olmaqla, özünü fateh kimi təsdiqləmiş, öz namus, qeyrət bakirəliyi ilə böyük ad qazanmışdır. Bu millətin uğuruna ancaq qanı, canı özümüzdən olan türk qrupu ailəsinə məxsus xalqlar sevinmiş, bizə düşmən kəsilən mənfur millətlər isə öz xain, məkrli siyasətləri ilə həmişə çalışmışlar ki, türkü vəhişi obraz kimi dünya xalqlarının gözündən salsınlar. Heç kəsə sirr deyil ki, bu təbliğatda ən başlıca rolu türk millətinə qarşı "klassik düşmən" olan əsrlər boyu bu millətin məhvinə çalışan hiyləgər, ikiüzlü, hər anda cilddən-cildə girməyə bacaran, dili ilə qəlbi arasında böyük uçurum olan erməni xalqıdır.
Birinci Dünya savaşı dövründə Qərb dövlətlərinin Türkiyəyə hücumu vaxtı Türkiyənin içində yaşayan ermənilər, dövlətin zəifləməsindən istifadə edərək ona xəyanət etdilər. Rus, ingilis, yunan və fransızlarla bir sıra gizli sazişlər bağlayıb, Türkiyədə kütləvi qətllər törətməyə, Türkiyəni parçalamağa can atdılar. Halbuki o vaxtlar Türkiyə dövlətində ermənilərə qarşı çox isti, ilıq münasibət vardı. Dövlət nazirlərinin, hərbi generalların, deputat korpusunun əsas heyətini ermənilər təşkil edirdilər. Erməni dini mərkəzləri, erməni məktəbləri və qəzet - jurnalları fəaliyyət göstərir, nəşr olunurdu. Bütün Türkiyə ticarət biznesi ermənilərin əlində idi. Lakin Türkiyənin içində yatmış zəhərli ilan Qərbin şirin vədlərinə aldanaraq, öz murdar, mənfur simalarını üzə çıxartdı.
Cənab prezident, erməni xalqı türklərlə barışan millət deyil. Yerlə göy birləşsə də, daşnak ermənilər öz iddialarından əl çəkməyərək, Türkiyənin məhvinə çalışacaq. "Böyük Ermənistan" dövləti yaratmaq xülyası ilə yaşayan, özünü millətlərin "yetim quzusu" hesab edən bu terrorçu millətin bir hədəf nişangahı vardır - TÜRK, TÜRK, TÜRK. Adətən, Şərq aləmində yaşayan millətlər körpə uşaqları sözə baxmayanda, onları qoruxutmaq üçün belə deyirlər, xortdanı çağıracağam gəlib səni aparsın. Lakin erməni "axçikləri" uşaqları qorxutmaq üçün bu sözü işlədirlər. Əgər sözümə baxmasan, türkü çağıracağam gəlib sənin başını kəssin. Hələ iki yaşında uşaqda türk xofu, qorxusu yaradan, türk nifrəti yaşadan bu millətdən nə gözləmək olar?
Ermənistanın dövlət gerbində Türkiyənin ərazisindən yerləşən Ağrı dağının təsviri verilir. Gecə-gündüz Qars müqaviləsinin ləğvinə can atan, Ərzurum, Qars, Van, İqdır, Sarıqəmiş torpaqlarını öz ərazisi hesab edən millətə sərhəd qapılarını açmaq düşmənin dəyirmanına su tökməkdi. Bütün Rusiyanın dəmir metalını, taxta-şalbanını Türkiyə ərazisinə keçirməklə milyonlar sahibi olmaqla Qarabağda yerləşən Ermənistanın hərbi korpusunu ərzaqla təmin etməyə çalışıb öz yerlərini möhkəmləndirməyə çalışacaqlar.
Cənab prezident! Erməni fitvasına uymayın. Bu hiyləgər millət bütün dünyanın boğazına bir əfi ilan kimi dolaşıbdır. Bir fikir verin, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistanı təcavüzkar dövlət kimi tanımaqla dörd qətnamə qəbul etmişdir. Nəticəsi isə göz qabağındadır. Bir neçə ilə bundan qabaq Fransanın baş naziri erməni seçilmişdi. Ondan mən Fransanın Azərbaycandakə səfirinə belə bir sual verdim: "Cənab səfir, Fransa kimi dövlətçilik ənənəsi olan bir məmləkətdə bir fransız iqtisadçısı tapılmadı ki, siz ermənini özünüzə baş nazir seçdiniz. Yaxud bu yaxınlarda ABŞ-da yeni seçilmiş prezident Barak Obamanın ermənipərəst meyilli olmağı İstanbulda bir daha özünü təsdiqlədi. Siz kimə inanırsınız? Dərindən fikirləşmək lazımdır. Sizin rəhbərlik etdiyiniz Türkiyənin diqtəsi ilə ABŞ adminstrasiyası həmişə hesablaşmalı və bu tərəfdaşlığı yüksək qiymətləndirməlidir. Çünki NATO-nun Avropada özünün barışmaz düşməni saydığı Rusiyanın qulağının dibində yüksək döyüş hazırlığına malik qüdrətli Türkiyə dövləti vardır. Ona görə də, ABŞ hər hansı kiçik siyasi səhvindən Türkiyə kimi qüdrətli dövləti əlindən qaçıra bilər. Bu da Rusiyanın Türkiyəyə yaxınlaşmasına gözəl şərait yarada bilər.
Sizin Yerevana gözlənilməz səfəriniz bütün türk dünyasını şoka saldı. Stadionda qapalı lojada oturmağınız, Türkiyə dövlət himni səslənəndə böyük hörmətsizliyi dərd kimi daşıyıram.
Cənab Prezident! Biz Azərbaycan türkləri həmişə Türkiyənin sevinicinə sevinən, qəminə narahat olan, tarix boyu onun namusunu, qeyrətini çəkən ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" adı ilə öyünən olmuşuq. İndi necə ola bilər ki, düşmən bir qardaşın torpağını zəbt edib, balasını öldürür, o biri qardaş isə sərhəd qapılarını açır, həmin düşməni bağrına basır, ittifaqa girir.
Cənab prezident! Hər bir müharibənin sonu həmişə sülh olub. Biz də ermənilərlə barışmağa tərəfdarıq. Lakin bu üç şərtə onlar əməl etməlidir. Birinci, Ermənistan qeyd-şərtsiz işğal etdikləri torpaqları boşaltmalıdır. İkincisi, parlament icalası çağırıb qərar qəbul etməlidirlər ki, biz bu gündən Türkiyədən, Azərbaycandan torpaq iddiamız yoxdur. Üçüncü isə, qondarma soyqırım məsələsinə xitam verməlidir. Onda ermənilərlə yenidən ilgilər yaranar, sərhədlər açılar, əlaqələr qurula bilər. Ancaq mən bunlara inanmıram. Bugünkü Ermənistan iqtidarının elə bir gücü yoxdur ki, o kürsüdən bu sözləri dilinə gətirsin. Onda qatı millətçilik xəstəliyinə tutulan ermənilər bugünkü iqtidarı dar ağacından asar. Çünki Daşnaksütyun partiyasının və ASALA terror təşkilatının quldurları, hələ də o ümidlə yaşayırlar ki, Amerikanın, Rusiyanın, Fransanın dəstəyi ilə oyuncaq Minsk Qrupu ermənilərin istəyini yerinə yetirəcək. Lakin onlar yanılırlar. Bu gün Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə tam döyüş hazırlığına malikdir. Ermənilər unutmasınlar ki, türkün səbir kasası daşanda onları nə gözləyir.
Cənab prezident! Türkiyə dövlət rəhbərlərinin ən böyük səhvi 1988-ci ildə olmuşdur. Ermənistanda dədə-baba yurdlarından qovulan azəri türklərinə Türkiyə sərhəd qapılarını o vaxt açmalı idi. Qovulan azəri türklərini bağrına basıb Türkiyədə yaşayan ermənilərin evlərinə yerləşdirməli, ermənilər isə sərhəddən Ermənistana təhvil verməli idilər. Onda bu köç dayanardı və bu qədər bəlalar bizim başımıza gəlməz idi.
Cənab prezident! Mən inanıram ki, sizin rəhbərliyinizlə Ermənistanla bağlı bu söz-söhbətlərə son qoyulacaq. Azərbaycanın maraqları yolunda qardaş Türkiyəmiz daha ciddi təsirli tədbirlər görməklə, incik Azərbaycan türklərinin qəlbini ala biləcəklər. Böyük Öndər M.K.Atatürk deyib: "Türkün türkdən başqa dostu yoxdur."
Sonda dörd sətirlik şeirimlə bu məktubu bitirmək istəyirəm.
Başçısı başçı olsa, ucalar Vətən,
Səhralar gül açar, laləzar olar.
Vətən başsız olsa, geyinər kəfən,
Yurdunda erməni, bayquşlar olar.