PDF Oxu

Əsas

  • 14

Daha faydalı layihələr maliyyələşir

Daha faydalı layihələr maliyyələşir
Məlum olduğu kimi, aprelin 2-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu il üçün müsabiqəyə təqdim edilmiş layihələrin qiymətləndirilməsi artıq başa çatıb. Lakin bəzi qeyri-hökumət təşkilatları bu qiymətləndirmənin şəffaf keçirilmədiyini bildirir. Bir çox QHT sədrləri deyilənlərin heç bir hədəfə söykənmədiyiniqeyd edirlər.
Hüquq və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqənin ədalətli və ictimai maraqları ifadə edən müsabiqə olduğunu söyləyib: "Şuraya  569 layihə təqdim olunub. Yerli və beynəlxalq ekspertlərin rəylərindən sonra 226 QHT təqdim etdikləri layihələrin həyata keçirilməsi üçün maliyyə yardımı ala bilib. Hansı QHT-lər maliyyə yardımı ala bilməyibsə, bunun günahını özlərində axtarmaq lazımdır. Çünki qeyri-ciddi, boş-boş vədlərdən ibarət olan layihələr, təbii ki, ekspertlər tərəfindən müsbət rəy ala bilməzdi."
İ.Əliyev onu da söyləyib ki, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının şəffaf, ədalətli müsabiqə keçirilməsi QHT sektorunda böyük canlanma yaradıb. Bu isə QHT-lərin xarici fondlardan asılılığının aradan qaldırılmasına və cəmiyyətdə gedən vətəndaş cəmiyyəti quruculuğunda və demokratik proseslərin sürətlənməsində daha fəal olmalarına imkan yaradacaq.
Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov da şuranın keçirdiyi müsabiqənin QHT sektoru tərəfindən ədalətli müsabiqə kimi dəyərləndirildiyini söylədi. Onu da qeyd etdi ki, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətini yüksək qiymətləndirərək, prinsipal mövqelərində daha əzmli olmalarını arzuladı: "Qeyd etmək istərdim ki, QHT-lərə dövlət tərəfindən göstərilən bu qayğı və diqqət ölkəmizdə cəmiyyətin inkişafına müsbət təsir edir. Lakin bəzi mətbu orqanlarında  QHT-lərə ayrılan vəsaitlərin layihələrə deyil, hansısa maraqlara sərf olunması fikri qeyri-obyektivdir. Çünki deyilən iradlarla bağlı konkret təşkilat adı çəkilmədən və hədəf göstərilmədən yalnız böhtanlı fikirlər söylənilir. Bu fikirləri söyləyənlər bir daha başa düşməlidirlər ki, ölkə Prezidenti İlham Əliyev cənablarının QHT-lərə dövlət dəstəyi ilə bağlı verdiyi Sərəncam bu gün cəmiyyətimizin inkişafında uğurlu bir addımdır.  Belə olan halda  əgər kimsə bu məsələyə şübhə ilə yanışıb qərəzli fikirlər səsləndirirsə, müsabiqədə qalib gələn QHT-lərin iş prinsipinə bir daha diqqət yetirsin."
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı isə, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasını və onun ötənilki fəaliyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, bu dövlətin QHT-lərə göstərdiyi diqqət və qayğıdır.
M.Zülfüqarlı, həmçinin, onu da vurğuladı ki, bu fikirləri söyləyənlər dünənə kimi,  qeyri-hökumət təşkilatlarının dövlət tərəfindən yardım göstərilmədiklərini bildirirdilər. Bu gün isə artıq QHT-lərə dövlət tərəfindən yardım göstərən şura yaradılıb. Görünür,  bəzi müxalifyönlü QHT-lər öz köhnə və çirkin vərdişlərindən əl çəkə bilmir: "Biz QHT-lərə Dövlət Dəstəyi Şurasına "Sosial xidmət sahəsinin və yerli özünüidarənin qanunvericilik bazasının gücləndirilməsi üçün tövsiyələrin hazırlanması, regionlarda mövcud problemlərin həllində vətəndaşların fəaliyyətinin artırılması üçün maarifçilik işinin təşkili" layihəsinin təqdim etmişdik. Layihəmiz tam obyektiv əsaslarla müsabiqədən keçdi və bu layihəyə müsbət rəy verilərək maliyyə vəsaiti ayrıldı. Bu bir daha onu göstərir ki, dövlətin QHT-lərə diqqət və qayğısı ardıcıl olaraq davam etməkdədir."
M.Zülfüqarlı, həmçinin, onu da bildirdi ki, bu gün ən qəribəsi odur ki, QHT-lərə ayrılan vəsaitin digər maraqlara yönəlməsi ilə bağlı faktlara söykənmədən fikirlər söyləyənlər, ölkədə həyata keçirilən istər iqtisadi, istərsə də siyasi hadisələrə düzgün yanaşmağı bacarmırlar. Elə bu səbəbdən də belə böhtan və hədəfi bəlli olmayan qərəzli fikirlər səsləndirirlər. Əgər bu gün kiminsə layihəsi müsabiqədən keçməyibsə, o zaman dərhal Şuranı günahlandırmaq və tənqid etmək düzgün nəticə deyil. Bu fikirləri söyləyənlər bir fikri özlərində aydınlaşdırmalıdır ki, daha faydalı layihə müsabiqədən keçərək maliyyələşir. Görünür, qərəzli fikir söyləyən müxalifyönlü QHT-lərin layihələri də elə bugünkü düşüncələri ilə uyğunlaşır. Yaxşı olar ki, onlar bu sahədə düzgün yol seçsinlər və cəmiyyətin xeyrinə daha yaxşı layihələr hazırlasınlar.

Digər xəbərlər