Müxalifət partiyaları da etiraz edir
Türkiyə hakim dairələrinin Ermənistanla münasibətlər qurmağa çalışması AKP-yə qarşı narazılıqların artmasına səbəb olub. Türkiyənin İstanbul, İzmir, Ankara, Diyarbəkir, Trabzon, İqdır və digər şəhərlərində Ərdoğan hakimiyyətinin Ermənistanla əlaqələr qurmaq cəhdlərinə etiraz əlaməti olaraq aksiyalar keçirməkdədirlər. Müxalifətdə olan MHP, CHP və digər partiyalarda məsələyə kəskin etirazlarını bildiriblər. MHP rəhbəri Dəniz Baykal partiyanın toplantısında bildirib ki, onlar Ermənistanla sərhədlərin açılmasına heç vəchlə imkan verməyəcəklər:"Sərhədlərin açılması ilə Ermənistanla əlaqələrin qurula biləcəyinə inam yoxdur. Amma fakt odur ki, Azərbaycan kimi dost, qardaş ölkəni incik saldıq".
Azərbacan da fəaliyyət göstərən siyasi partiyalar da Türkiyə-Ermənistan sərhadlərinin açılmasına kəskin etirazlarını bildiriblər. Ötən gün parlamentdə təmsil olunan siyasi partiyalar bir araya gələrək, Türkiyə ictimaiyyətinə və rəsmi dairələrinə Ermənistanla sərhədlərin açılmasına göstərilən cəhdləri pisləyən müraciət ünvanlayıb.
Dünən isə bir sıra müxalifət partiyaları analoji addım atıb. Müsavat partiyası Türkiyənin ona qarşı ərazi iddialarından və dünyada "soyqırım"ın tanıdılmasından əl çəkməyən Ermənistanla sərhədləri açmasını yolverilməz hal kimi dəyərləndirib:"Sərhədlərin açılması Türkiyənin nə milli maraqlarının inkişafına, nə regional inkişafa, nə də Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək".
AMİP də məsələ ilə bağlı bəyanat yayıb. Bəyanat da deyilir: "Türkiyə-Ermənistan sərhədlərinin açılması regionda sülh və əmin-amanlıq deyil, əksinə, mövcud münaqişələrin çözülməsində ciddi əngəllər yaradacaq. Sərhədlərn açılması, eyni zamanda, işğalçı dövlət olan Ermənistanın militarizm siyasətini həyata keçirməsinə və yeni ərazi iddialarına düşməsinə təkan verəcək".
Bəyanatda o da qeyd edilir ki, Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi üçün ilkin şərt, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllini tapmasıdır. "Ermənistan-Türkiyə sərhədlərinin açılması türk dünyasına və ümumtürk birliyinə xələl gətirməklə yanaşı, Azərbaycanla Türkiyə arasında olan münasibətlərə də zərər vuracaq. AMİP sərhədlərin açılmasına qəti etirazını bildirir və bunu işğalçı dövlətə dəstək kimi qiymətləndirməklə, Türkiyə ictimaiyyətini bu məsələdə həssas olmağa çağırır". "Müasir Müsavat" partiyası da bu məsələ ilə bağlı bəyanat yayaraq, sərhdələrin açılmasının yolverilməz olduğunu və bu prosesin ziyanlı nəticələ gətirib çıxaracağını bildirib. Partiyanın bəyanatında göstərilir ki, bu cür cəhdlər Türkiyənin və azərbaycanın qardaşlığına və dostluğuna böyük zərbə vura bilər.