PDF Oxu

Əsas

  • 21

Mart soyqırımı erməni vəhşiliyinin ən dəhşətlisidir

Mart soyqırımı erməni vəhşiliyinin ən dəhşətlisidir
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında tələbə müəllim heyətinin iştirakı ilə 1918-ci ilin martında Bakıda və Azərbaycanın qəzalarında xalqımıza qarşı törədilmiş amansız qırğınlar və bu vəhşilikləri törədənlərə havadarlıq edən qüvvələrin əsil simasının bir daha geniş ictimaiyyətə çatıdırlması ilə bağlı ikigünlük elmi konfrans başlanıb.
Elmi konfrans işirakçıları, ilk öncə, soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Konfransı giriş sözü ilə ADPU-nin rektoru, prof. Yusif Məmmədov açaraq 1918-ci ilin 31 martında azərbaycanlılara qarşı erməni qaniçənləri tərəfindən törədilən soyqırım əməliyyatında həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirdi. Qeyd etdi ki, 200 il öncə əzəli və əbədi Azərbaycan topaqlarına köçürülmüş mənfur ermənilərin qonşuluqdan başqa bütün iyrənc əmmələrə əl atıblar.
Y.Məmmədov əsrin əvvələrindən başlayaraq erməni daşnakları tərəfindən Azərbaycan türklərinə qarşı amansız siyasət yürüdərək, öz iddialarını gerçəkləşdirmək niyyətində olduqlaranı bildirdi. Vurğuladı ki, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmış ermənilər sonradan özlərinə "böyük Ermənistan" yaratmaq istəyi ilə xalqımıza qarşı xüsusi amansızlıqlar etmişlər. Rektor 1918-ci il hadisələrini və bu tarixdən öncə xalqımızın başına gətirilən müsibətləri də universitetin tələbə və müəllim heyyətinin diqqətinə çatdırdı. Bildirdi ki, 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə və analoji olaraq davamlı şəkildə Qafqazda azərbaycanlılara qarşı erməni daşnkaları və onların havadarları tərəfindən amansız divanlar tutulmuşdur. Y.Məmmədov 31 Mart Soyqırımının dünyada miqyası və bərabəri olmadığını qeyd etdi. O, söylədi ki, 1918-ci il mart hadisələri vaxtı nəinki təkcə Bakıda, Qubada, Hacıqabulda, Şamaxıda, Neftçalada və ölkəmizin ayrı-ayrı bölgələrində də azərbaycanlılara qarşı törədilən qətliamlarda 50 minə qədər dinc soydaşımızın müxtəlif işgəncələrə məruz qalaraq öldürüldüyünü bildirdi. Qeyd etdi ki, tarixin bütün mərhələlərində bədnam qonşularımız öz çirkin niyyətlərinə nail olmaq üçün Azərbaycan türklərinin ata-baba yurdlarından qovulmasına və yaxud onların bir xalq kimi məhvinə çalışmışlar.
"Lakin sonradan Azərbaycan milli hökumətinin yaradılması və bundan sonra baş verən proseslərdə 1918-ci ilin mart hadisələri bir qədər başqa cür təsəvvür edilmişdir. Eyni zamanda, onu da qeyd edim ki, məhz mart hadisələri zamanı Bakıda və ölkəmizin ayrı-ayrı qəzalarında törədilmiş qırğınlar daşnaklar və onlara havadarlıq edən qüvvələr tərəfindən etnik toqquşma kimi qələmə verilmişdir. Onlar iddi edirdilər ki, guya həmin vaxt Bakıda və bölgələrdə başlanan etnik toqquşmada az sayda insan xəsarət alıb. Əslində isə, bu xalqımıza qarşı növbəti saxtakarlağın, tariximizin dəyişdirilməsi və məhv edilməsi idi. Çox şükürlər olsun ki, sonradan ulu öndər Heydər Əliyev azərbaycanlıların mart soyqırımı barəsində 26 mart 1998-ci ildə verdiyi sərəncamla bu tarix Azərbaycanlıların Soyqırım Günü kimi tanınmışdır. Çünki tarixi faktlar və dəllilər sübüt edir ki, həmin vaxt xalqımız azğınlaşmış erməni daşnaklarının qürbanı olmuşdur. Bu yaxınlarda Qubada aşkar olunmuş kütləvi məzarlıq və burada insanların hansı vəhşiliklə öldürüldüynü sübüt edən ən tutarlı faktdır"-deyən Y.Məmmədov bildirdi ki, ölkə başçısı İlham Əliyev tərəfindən xalqımızın tarixi həqiqətlərinə və başına gətirilən müsibətlərə verdiyi qiymət göstərir ki, dövlətimizin və xalqımızün bütövlüyü daima etibarlı əllərdədir.
Magistrlərin ilk elmi işlərinin də bu mövzu ilə əlaqədar olduğunu bildirən tarix elmləri doktoru Əli Məmmədov, iki əsr ərzində dünyanın ən sülhsevən xalqına qarşı ermənilər tərfindən sayı məlum olmayan deportasiyalar nəticəsində xalqımızın 2,5 mln nəfər itki verdiyini söylədi. Cənubi Qafqazda bir qarış torpaqları olmayan, sonradan buraya köçürülməsi xalqımıza qarşı soyqırım və deportasiya siyasətinin əsasının qoyulduğunu bilirən Ə.Məmmədov, erməni qaniçənləri tərəfindən 1918-ci illərdə azərbaycanlılara qarşı göstərilmiş müsibətlərin analoqu olmadığını tələbə və müllim kollektivinin diqqətinə çatdırdı.
Elmi konfransda çıxış edən universitetin tələbələri Elnarə Abdullayeva və Elməddin Quliyev və b. 1918-ci ildə xalqımızın başına gətirilən müsibətlərə müxtlif rakurslardan yanaşaraq, elmi cəmiyyətin bu cür məsələlərə daha həsasslıqla yanaşmasının vacibliyini bildirdilər.

Digər xəbərlər