PDF Oxu

Əsas

  • 10

Xalq Konstitusiyaya əlavə və dəyişiklikləri dəstəklədi

Xalq Konstitusiyaya əlavə və dəyişiklikləri dəstəklədi
Martın 18-də keçirilən referendum yüksək bayram əhvali-ruhiyyəsi ilə, izdihamlı seçici fəallığı ilə başa çatdı. Prosesi izləyən 50 minə yaxın yerli və xarici müşahidəçilər referendumun xalqın iradəsi əsasında, azad və demokratik şəraitdə keçdiyini bildirdilər.
AŞ PA müşahidə missiyasının rəhbəri, belçikalı deputat Pol Villi Seçki məntəqələrinə baş çəkdikdən sonra ilkin təəssüratın  müsbət olduğunu söyləmişdir. Seçicilərin xüsusi aktivliyini qeyd etmək istərdim. Səsvermə kabinələri kifayət qədər olduğundan seçicilər çox gözləməli olmurdular. 16 saylı Yasamal ikinci seçki dairəsinin 7 saylı məntəqəsində saat 10-a olan məlumata əsasən, bu məntəqədə seçicilərin təxminən 50 faizi iştirak edib. Bu, çox yüksək nəticədir.
P. Villi seçicilərin kabinələrdə 5-6 dəq qaldığına da diqqət çəkərək bunu onların seçim etməzdən əvvəl bülletenləri oxuması ilə əlaqələndirib.
P.Villi 16 saylı Yasamal ikinci seçki dairəsinin 7 saylı məntəqəsində yüksək seçici fəallığı müşahidə etdiyini deyib. Saat 10-a qədər həmin məntəqədə qeydə alınmış 1463 seçicidən 500-ə yaxını səsvermədə iştirak edib: "Referendumla bağlı ilkin təəssüratlarımızı soruşsanız cavab olaraq deyə bilərik ki, müsbətdir. Çox sevindirici haldır ki, bu seçki məntəqəsində saat 10-a qədər bütün seçicilərin 50 faizi səs verib. Bu da yüksək seçici fəallığının olduğu deməkdir. Seçicilər səs verən zaman avtomatik olaraq bülletenləri doldurmurlar. Oxuyurlar, mətnləri başa düşürlər, sonra səs verirlər. Nəticə budur ki, referenduma çıxarılan 29 maddəyə dəyişikliyi yaxşı dərk edirlər".
Fransa parlamentinin deputatı, Fransanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Voisin Mişel də eyni müsbət fikirləri səsləndirib. Azərbaycanda seçkilərin mütəmadi keçirilməsinin müsbət hal olduğunu söyləyən fransalı deputat qeyd edib ki, hər il müxtəlif seçkilərin keçirilməsi vətəndaşları demokratik təsisatlara alışdırır ki, bu da  müsbət haldır.
Fransalı deputat 17 saylı Yasamal birinci seçki dairəsinin dairə seçki komissiyasında və bu dairəyə daxil olan 5 məntəqədə müşahidə apardığını bildirib: "Səsvermə prosesi texniki baxımdan yüksək səviyyədə təşkil olunub. Konstitusiyaya əlavə və dəyişikliklərə gəldikdə isə, burada antidemokratik məqamlara rast gəlməmişəm".
Fransanın AŞ PA-da nümayəndə heyətinin üzvü Mariane Tyerri səsvermə prosesinin gedişində hər hansı neqativ halla rastlaşmadığını vurğulayıb. 26 saylı Sabunçu birinci seçki dairəsinin 3 məntəqəsində müşahidə apardığını deyən deputat, həmin məntəqələrdə səsvermənin texniki baxımdan yüksək səviyyədə təşkil olunduğunu, prosesin gedişini müşahidə eləməyə sərbəst şərait yaradıldığını, seçici aktivliyinin normal olduğunu deyib:"Biz 15-ə yaxın seçki məntəqəsində, əsasən də, Qarabağ qaçqınlarının yerləşdiyi dairələrdə olduq. Müşahidələrimə görə, seçkilərin, səsvermənin sakit və normal keçdiyini gördüm. Təəssüratım müsbətdir, seçkilərin səsvermə zamanı sualların hər birinə çox  diqqətlə yanaşdığını və bunu çox ciddi qəbul etdiklərinin müşahidəçisi oldum.  Mən oktyabrda keçirilən prezident seçkilərində də iştirak etmişdim. Təsdiq edirəm ki, seçkilər bu ölkədə normal keçir".
Belçika parlamentinin üzvü, Belçikanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Harmegines Yvon da deyib: "Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun gedişi ilə bağlı təəssüratlarım müsbətdir. Seçki məntəqələrində səsvermə prosesinin təşkilinin texniki baxımdan yüksək səviyyədə təşkil olunub. Müşahidə apardığım seçki məntəqələrində seçici fəallığı yaxşıdır. Müqayisə üçün deyə bilərəm ki, seçkilərin keçirilməsi prosesi Belçikada keçirilən seçkilərdən fərqlənmir. Sadəcə, Azərbaycanda səsverməyə çıxarılan əlavə və dəyişikliklərin sayı çoxdur. Amma vətəndaşlar bu seçkilərdə mütləq iştirak etməlidir, çünki səsverməyə çıxarılan müddəalar ölkənin Əsas Qanunu ilə bağlıdır".
MDB müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədr müavini Toktasın Buzubayev də Konstitusiyaya təklif olunan dəyişikliklərin dərin mahiyyət kəsb etdiyini bildirib. Azərbaycanda Konstitusiyanın təkmilləşdirilməsi baxımından böyük iş görülür. Xüsusilə, xoşuma gələn məqam odur ki, Azərbaycan Əsas Qanuna edilən dəyişikliklərlə sosial-iqtisadi yönümlü kursa meyillənir. Səsverməyə çıxarılan hər əlavə və dəyişiklikdən insanlara qayğı hissi aşıb-daşır:" Referenduma çox yaxşı hazırlıq işi aparılıb, çox ciddi iş görülüb. Müşahidə apardığımız məntəqələrdə seçici aktivliyi yüksək olub. Bu, referendumla bağlı yaxşı maarifləndirmə işi aparılması ilə bağlıdır. Hələ gün yarı olmamış baş çəkdiyimiz məntəqələrdə seçicilərin 50 faizi səsvermə hüququndan istifadə etmişdi. Biz qərargahla daim əlaqə saxlamışıq, hələlik, hansısa bir şikayət daxil olmayıb. Seçki məntəqələrində veb-kameraların quraşdırılması yüksək qiymətləndirilməlidir. Veb-kameralardan kütləvi istifadə olunur, onlar təkcə Bakı, digər şəhərlərdə yox, regionlarda da quraşdırılıb. Mən özüm də onlayn rejimində seçkilərin gedişini izləmişəm. Seçicilərə təqdim olunan sualların çoxluğunu nəzərə alaraq bütün seçki məntəqələrində kabinələrin sayını artırıblar, seçki məntəqələrində əlavə seçki qutuları da saxlanır ki, qutular dolduqda yeniləri ilə əvəz etsinlər. Bizə bildiriblər ki, referendum üçün 1000-dan artıq yeni qutu əldə olunub".
22 saylı Nəsimi 2-ci seçki dairəsinin 22 saylı məntəqə seçki komissiyasında olan Belorusun parlamentinin vitse-spikeri, MDB PA nümayəndəsi Mariya Birrukova insanların yüksək seçki fəallığı göstərməsindən məmnun qaldığını söyləyib: "Ən çox xoşuma gələn referendumda gənclərin fəallıq göstərməsidir. Referendum çox sakit keçməkdədir. Bu isə Azərbaycan xalqının demokratik ənənələrə sədaqətli olduğunu göstərir".
22 saylı Nəsimi seçki dairəsinin 26 saylı məntəqəsində səsvermə prosesini müşahidə edən MDB-dən olan nümayəndə Likot Anatoli qeyd edib ki, MDB ölkələrində, hələ ki, bu cür demokratik referendum keçirilməyib. L.Anatoli məsələ ilə bağlı əlavə fikir söyləmək istəmədiyini bildirərək, qeyd edib ki, referendumun başa çatmasından sonra, bəyanatla çıxış edəcəkdir.
İspaniyadan olan müşahidəçilər Ortiz Perez Juan Joze və Manuel Guillermo Altava məntəqələrdə narazılıq yaradan problemlərlə qarşılaşmadıqlarını bildirmişlər.
Bolqarıstan parlamentinin deputatı Nikola Prodanov referendumu izlədikdən sonra deyib:"Əhali referendumda fəal iştirak edir, hər şey qaydasındadır və heç bir pozuntu qeydə alınmayıb". Bolqarıstan parlamentinin digər üzvü Yuseyn Dsxemill də həmkarı kimi düşündüyünü söyləyib:"Heç bir pozuntu qeydə alınmayıb, referendum normal keçib".
 ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndəsi Skott Teylor deyib:  "Seçicilərin fəallığı yüksəkdir. Heç bir qanun pozuntusu müşahidə etmədim. 75 saylı Lənkəran - Masallı Seçki Dairəsinin bir neçə məntəqəsinə baş çəkmişəm, səsvermənin sərbəst, maneəsiz keçdiyinin şahidi oldum. 10-a yaxın seçki məntəqəsində səsverməni müşahidə etdim. Prosesin çox şəffaf və demokratik şəraitdə getdiyi qənaətinə gəldim".
Bolqarıstan parlamentinin üzvü Qrızanov İvan, beynəlxalq müşahidəçi, Bolqarıstan parlamentinin üzvü Dimitar Qandev, Estoniya parlamentinin üzvü, beynəlxalq müşahidəçi Toomas Alatalu, Belçika parlamentinin üzvü Jan Pol Anri, Belçika parlamentinin nümayəndəsi Guy Saulmont, Fransa parlamentinin üzvü Jak Le Quen, Müstəqil Dövlətlər Birliyi müşahidə missiyası başçısının müavini, missiyanın qərargah rəhbəri Yevgeni Sloboda, Böyük Britaniya parlamentinin deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvü Maykl Henkok,     Estoniyadan olan müşahidəçi, Avropa Regionlar Komitəsinin üzvü Urve Eriskon, xarici müşahidəçi Benoliel Pierri,    Fransa Parlamentinin üzvü Erik Raul, Belçika Konstitusiya Məhkəməsinin sədri Moerman Jean-Paul, İspaniya parlamentinin üzvü Altava Lavall, MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Mixail Krotov,  beloruslu müşahidəçilər Vasili Buşçik, Natalya Buşnaya və digər xarici müşahidəçilər referendumda seçici aktivliyinin  yüksək olduğunu söyləyiblər:"İnsanlar məntəqələrə həvəslə gəlirlər, bəzi yerlərdə növbələr müşahidə olunurdu. Bütövlükdə bizdə referendumun gedişi ilə bağlı xoş təəssüratlar yarandı".

Digər xəbərlər