PDF Oxu

Əsas

  • 8

“Yeni Azərbaycan” Təşviqat Qrupu böyük üstünlüklə qalib gəlib

“Yeni Azərbaycan” Təşviqat Qrupu böyük üstünlüklə qalib gəlib
Bu gün saat 01.00-da Seçkilər İnformasiya Mərkəzində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinə çıxarılan referendum aktının layihəsi üzrə səslərin hesablanmasının ilkin nəticələrini açıqlayıb.
SİA-nın məlumatına görə, MSK sədri M.Pənahov qeyd edib ki, seçkilərdə Azərbaycan ictimaiyyəti çox fəal iştirak edib və gün ərzində seçki məntəqələrində prosesin gedişatı MSK tərəfindən 5 dəfə ictimaiyyətə çatdırılıb.
M.Pənahov referendumla bağlı 5367 ümumi seçki məntəqələri və 2900 hesabat verən məntəqələrin olduğunu diqqətə çatdırıb. Daha sonra M.Pənahov seçkilərdə layihə üzrə səslərin hesablanmasının ilkin nəticələrini elan edib. Həmin əlavə və dəyişikliklər içərisində Azərbaycan Konstitusiyasında 101-ci maddənin V hissəsi aşağıdakı kimi göstərilib.
"V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir."
İlkin nəticələrə görə, səsvermədə "Yeni Azərbaycan" Təşviqat Qrupu böyük üstünlüklə qalib gəlib.    
Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı martın 18-də keçirilmiş referendumda gün ərzində səsvermənin dinamikası belə olmuşdur:
Birinci hesabat dövründə - saat 10.00-da seçicilərin 24,7 faizi səs verib. İkinci hesabat mərhələsində - saat 12.00-da bu göstərici 32,44 faizə, saat 15.00-da 52,47 faizə, nəhayət saat 17.00-da 64,2 faizə çatıb.
Beşinci, sonuncu hesabat saatında - 19.00-da məlum olmuşdur ki, ölkə üzrə adları seçici siyahılarına daxil edilmiş seçicilərin 71,08 faizi referendumda iştirak edib.

Digər xəbərlər