PDF Oxu

Əsas

  • 8

UŞAQ HÜQUQLARINI QORUMAQ DÖVLƏTİN PRİORİTET SİYASƏTİDİR

UŞAQ HÜQUQLARINI QORUMAQ DÖVLƏTİN PRİORİTET SİYASƏTİDİR
Uşaq hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 2009-cu ilin "Uşaq ili" elan edilməsi dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətini uşaqların problemlərinə cəlb edilməsi məqsədinə xidmət edir.
Bu fikir Ombudsman Aparatında "Sağlamlıq imkanları məhdud uşaqlara qayğı göstərək" devizi altında keçirilən dəyirmi masada səsləndirilib. Tədbir "Uşaq ili" çərçivəsində 21 mart - Dünya Daun Sindromlu İnsanlar gününə həsr olunub.
Ombudsman Elmira Süleymanova Azərbaycanda uşaq hüquqlarının müdafiəsi mexanizmləri, təhsil, sağlamlıq hüquqları, regionda bu sahədə mövcud problemlər barədə məlumat verib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasəti ilə bağlı əsas məqamları diqqətə çatdırmış, "Uşaq ili" ilə bağlı qəbul olunmuş Tədbirlər Planının əhəmiyyətini vurğulayıb. Komitə sədri plana uyğun olaraq bir sıra məsələlərin - uşaq hüquqlarının etibarlı təmin edilməsi, uşaqların sağlam mühitdə tərbiyə olunması üçün zəruri şəraitin yaradılması, valideyn himayəsindən məhrum uşaqların dövlət qayğısı ilə təmin edilməsi, həssas qruplardan olan balacalara dövlət qayğısının artırılması, uşaq baxımsızlığının, uşaq alverinin, uşaqların fiziki istismarının, onlara qarşı zorakılığın qarşısının alınması və s. problemlərin həlli istiqamətində zəruri tədbirlərin görüldüyünü qeyd edib. H.Hüseynova uşaq problemlərinin həllinə ictimaiyyətin, o cümlədən qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələrinin, beynəlxalq təşkilatların cəlb edilməsinin vacibliyini bildirib.
"Dəyirmi masa"da sağlamlıq imkanları məhdud uşaqların sosial problemlərinin həlli, onlara tibbi xidmətin təşkili, daun sindromlu uşaqların hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumat verilmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uşaq problemlərinin həlli istiqamətində önəmli layihələrin həyata keçirildiyi diqqətə çatdırılmışdır.

Digər xəbərlər