PDF Oxu

Əsas

  • 7

Bakıda möhtəşəm İlaxır Çərşənbə şənliyi keçirildi

Bakıda möhtəşəm İlaxır Çərşənbə şənliyi keçirildi
Milli-mənəvi dəyərləri özündə əks etdirən Azərbaycan xalqı gözəl adət-ənənələri ilə dünyanın mədəniyyət pillələrində özünəməxsus yer tutub. Hər il xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşadan qarşıladığı və yola saldığı Novruz bayramına qədər Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Bu dörd çərşənbənin qeyd olunması insanın həyata gəlişi və həyatın canlanması ilə əlaqədardır. Axır çərşənbə torpaq çərşənbəsidir. Xalq arasında torpaq çərşənbəsinə İlaxır çərşənbə deyilir.
Dünən ilin son çərşənbəsi idi. Çərşənbələrin sultanı hesab edilən Torpaq çərşənbəsi münasibətilə Bakıda təntənəli bayram şənliyi keçirildi. İçərişəhərdə - Qız Qalasının yaxınlığında mağarlar qurulub, tonqallar qalandı. Bayram tədbirinə "Azneft" meydanından atlar və dəvələrdən ibarət karvanın hərəkətə başlamasına start verildi. Karvanla hərəkət edən milli geyimli oğlan və qızlar Suraxanı rayonundakı "Atəşgah" məbədindən od götürdülər. Musiqi sədaları altında Novruz personallarının - Keçəl və Kosanın iştirakı ilə paytaxtın küçələrini keçən karvan daha sonra Qız Qalasına yaxınlaşdı.
Atəşgahdan götürülən alovu alpinistlər Qız qalasının üstündəki məşəli alovlandırdılar. Atəşfəşanlıqdan sonra isə tədbir incəsənət ustalarının konsert proqramı ilə  davam etdi.
Evinizin xeyir-bərəkəti, ruzisi bol olsun, ocağınız gur yansın! Bayramınız mübarək olsun!

Digər xəbərlər