Məlum olduğu kimi, yaxın zamanlarda Milli Məclisdə KİV haqqında qanuna yeni dəyişikliklər edilib. Bu dəyişikliklər Azərbaycan mətbuatının inkişafına hansı yeniliklər verə bilər? Bu və ya digər suallarla mətbuat rəsmilərinə müraciət etdik.
Aydın Quliyev, "Bakı xəbər" qazetinin baş redaktoru:
- Məlum olduğu kimi, kütləvi informasiya vasitələri haqqında qanunun 19-cu maddəsində bəzi dəyişiliklər edilib. Bu dəyişiliklər ümumi şəkildə mütərəqqi rol oynaya bilər və dəyişiliklərin mütərəqqi niyyətlə edildiyinə şübhə etmək istəmirəm. Amma hər şey onun gələcəkdə təsdiqindən asılı olacaq. Məsələn, jurnalist peşə etikası qaydalarını pozan qəzetlərin fəaliyyəti dayandırıla bilər. Daha doğrusu, reket mətbuatı ilə mübarizədə bu üsul olduqca əhəmiyyətlidir və mənim fikrimcə, çox mütərəqqi nəticələr verə biləcək. Ancaq burada iki məsələni nəzərə almaq lazımdır. Birincisi, məlum olmur ki, həmin maddədə reket qəzetlərinə qarşı münasibətlər sona qədər pirinsipal şəkildə ayrı-seçkilik edilmədən, kiminsə fəaliyyətinə göz yumulmadan sona qədər prinsipallıqla davam etdiriləcək, ya yox? İkincisi, nə qədər sığorta olunmaq mümkünlüyü haqda müəyyən hədd olmalıdır. Bu maddənin reket qəzet adından çox ciddi və mətbuat etikası qaydalarına riayət edən qəzetlərə şamil olunması, əsas verirmi ki, bu maddə qərəzli şəkildə ciddi qəzetlərdə təsdiq olunmayacaq. Əgər bu iki şərt lazımi qədər qoruna bilsə, mən düşünürəm ki, 19 maddəyə edilən dəyişikliklər praktikada çox yaxşı nəticələr verə bilər.
Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:
- Bildiyimiz kimi, bu dəyişikliklərin çox müsbət tərəfləri var. Bu tərəflər ondan ibarətdir ki, birinci növbədə, əcnəbi olan insanların qəzetlərdə təsisçilik və redaktorluq etmək imkanları məhdudlaşdırılır. Həmin qəzetlərə əsasən, bunun özü müsbət bir haldır, çünki əcnəbilər öz maraqlarından çıxış edir və təbii ki, heç vaxt iddialarından əl çəkməyəcəklər. İkinci bir dəyişiklik ali təhsili olmayan insanların baş redaktor olmaq səlahiyyətlərinin olmaması və baş redaktorun yalnız ali təhsillilərin olmaları ilə bağlıdır. Bunun özü müsbət bir haldır. Bu gün Azərbaycanda yaranmış şəraitdən, demokratik ab-havadan geninə-boluna istifadə edərək qəzet təsis edən insanlar var. Onların əsasını raket mətbuatı təşkil edir ki, orda nə peşə etikası kodeksinə əməl olunmur, nə də ki, peşə dəyərlərinə hörmət, sayğı nümayiş edilmir. Ona görə də, mən hesab edirəm ki, az-çox, təbii ki, baş redaktor ali təhsilli olmalıdır. Müəyyən mənada bu halların qarşısı alına bilər. Bunun özüdə müsbət bir haldır. Digəri isə ölkədə nəşr olunan Kütləvi İnformasiya Vasitələrinin nüsxələri Mətbuat Şurasına göndərilməlidir.
Mən hesab edirəm ki, bu dəyişikliklər zamanında atılmış addımdır. Çünki biz Mətbuat Şurasında, ümumiyyətlə, mətbuatla bağlı problemlərin müzakirəsinə həmişə diqqət yönəltmişik.