PDF Oxu

Əsas

  • 6

Bahar gəlir

Bahar gəlir
Xalqımızın milli adət-ənənələrinə uyğun olaraq, baharın gəlişi ölkəmizdə həmişə böyük coşqu ilə qeyd olunur. Min illərdən üzübəri neçə-neçə nəsillərin böyük sevinclə qeyd etdikləri Novruz bayramı, həm də bərəkət, firavanlıq, sülh, əmin-amanlıq və dostluq bayramıdır. Hətta SSRİ-nin ən qızğın çağlarında belə xalqımız bu bayramı böyük ürək açıqlığı ilə qarşılayırdı. Xüsusilə, ümummilli liderimiz Heydər Əliyevin qayğısı və diqqəti ilə Azərbaycanda Novruz bayramı geniş xalq şənlikləri kimi qeyd olunurdu. İndi də Azərbaycanın hər yerində Novruz bayramına böyük hazırlıq aparılır.
Son illər böyük iqtisadi inkişaf dövrü keçirən ölkəmizdə əhalinin sosial-rifah halının yaxşılaşması, insanların güzəranının yüksəlməsi hər kəsə Novruz bayramını yüksək səviyyədə qeyd etməyə imkan verir. Xüsusilə, paytaxtımızın gündən-günə abadlaşması, şəhərin hər yerində yeni-yeni binaların, istirahət parklarının istifadəyə verilməsi, Bakının bir paytaxt şəhəri kimi gündən-günə inkişaf etməsinə və dünyanın ən abad və yaraşıqlı şəhərlərini belə geridə qoymasına səbəb olub.
İndi Bakıda aparılan geniş quruculuq işləri, ölkəmizə gələn bütün xarici qonaqların da  heyrətinə səbəb olub.  Abadlıq işləri hər bir şəhər sakininin gözəl istirahətinə, firavan yaşayışına yönəlib. Bu il də şəhərimizin sakinləri və qonaqlar Bakıda möhtəşəm Novruz şənliklərinin şahidi olacaqlar. Qarşıdakı Novruz bayramı ilə bağlı hər il olduğu kimi, bu il də Bakı şəhər İcra Hakimiyyəti martın 17-də paytaxtda bayram şənliyi təşkil edəcək.
BŞİH-dən verilən məlumata görə, milli geyimli oğlanlar və qızlar "Azneft" meydanından atlar və dəvələrdən ibarət karvanla hərəkət edərək, Suraxanı rayonundakı "Atəşgah" məbədindən od götürəcəklər. Musiqi sədaları altında gedən prosesdə Novruz personajlarının iştirakı ilə Heydər Əliyev Sarayı qarşısından keçməklə gətirilən odla Qız Qalasının üstündəki məşəllər alovlandırılacaq. Daha sonra - saat 19:00-da axır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıqla davam etdiriləcək.

Digər xəbərlər