PDF Oxu

Əsas

  • 6

“Bir savaş, bir zəfər, bir dastan” adlı tədbir keçirildi

“Bir savaş, bir zəfər, bir dastan” adlı tədbir keçirildi
Dünən Bakı Slavyan Universitetində Türkiyənin ümumilikdə türk dünyasının şəhidlik zirvəsi olan Çanaqqala zəfərinin 94-cü ildönümünə həsr olunmuş "Bir savaş, bir zəfər, bir dastan" adlı tədbir keçirildi. Çanaqqala şəhidlərinin ruhunun bir dəqiqəlik anımından sonra Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev açaraq, "Çanaqqala olmasaydı, bugünkü Türk dünyası olmazdı" deyərək, 1915-ci ildən bəri gələn Çanaqqala işığına toplaşan tələbələrə minnətdarlığını bildirdi. Bu günə köklənən gəncliyin işıqlı gələcəyini vurğulayan rektor, "Bizim irəlidə hələ çox çanaqqalalarımız, zəfərlərimiz var" dedi. Kamal Abdullayev çıxışını ümummilli lider Heydər Əliyevin "Biz iki dövlət, bir millətik" sözləri ilə yekunlaşdırdı və daim bir yerdə olacağımızı vurğuladı.
- Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Erkan Özoral, Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin Azərbaycandakı Hərbi Attaşesinin müavini Yüzbaş Özcan Kazeyi, təhsil nazirliyinin Bakıdakı təhsil müşaviri Halis Koyunçuoğlu, Qafqaz Universitetinin rektoru Ahmet Sanis dəvət olunmuşdular.
Azərbaycan Ali Hərbi Dənizçilik məktəbinin müəllimi, mayor Fikrət Axundov da söz alaraq, fikirlərini söyləməklə yanaşı, Çanaqqala zəfərinin hərbi aspektlərindən söz açdı və özünün hazırladığı slaydı nümayiş etdirdi. Tədbir Çanaqqala şəhidlərinə həsr olunmuş filmin nümayişi və Atatürk Özəl Türk Lisseyinin şagirdlərinin FSU-nun və digər universitetlərinin tələbələrinin hazırladıqları ədəbi-bədii gecə ilə yekunlaşdı.

Digər xəbərlər