PDF Oxu

Əsas

  • 11

Xocalı faciəsinin ildönümünə həsr olunan tamaşa “İşğalçılığa yox” devizi altında keçib

Xocalı faciəsinin ildönümünə həsr olunan tamaşa “İşğalçılığa yox” devizi altında keçib

Tbilisidə qastrol səfərində olan C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Dram Teatrında İftixar Piriyevin "Körpü" əsərini göstərmişdir.
Vaqif Əsədovun quruluş verdiyi tamaşada əsas rolları xalq artistləri Tamella Abdullayeva, Süleyman Nəcəfov, əməkdar artistlər Dilarə Əliyeva, Vaqif Kərimov, Rahib Əliyev və başqaları ifa etmişlər.
Teatrın direktoru İftixar Piriyev demişdir ki, tamaşa Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutumuşdur. Əsərdə imperializmə qarşı mübarizə, Qafqazda sülh, əmin-amanlıq, milli münasibətlərin bərpası məsələləri qaldırılır.
Teatrın foyesində ölkəmizin Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə açılmış sərgi tamaşaçıların böyük marağına səbəb olmuşdur. Burada Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunmuş və Xocalı soyqırımından bəhs edən kitablar, faciə ilə əlaqədar xarici mətbuatda dərc olunmuş məqalələr nümayiş etdirilirdi.

"Xocalı qan yaddaşımızdır" adlı tədbir keçirildi

Nəriman Nərimanovun ev-muzeyində Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib
"Günay" Uşaq Teatrının, "Aytam" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin və muzeyin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ermənistan silahlı qüvvələrinin Xocalıda silahsız insanlara, uşaqlara və qocalara qarşı törətdiyi, dünyada bənzəri olmayan vəhşilikdən və qəddarlıqdan söz açılmışdır.
Tədbirdə "Günay" Uşaq Teatrının ifasında şairə Zərəngiz Dəmirçi Qayalının "Cavab ver" poeması əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunmuşdur.
Təsirli tamaşanın rejissoru Larisa Tarusova, bədii rəhbəri Günəş Talıblıdır.

"Qan yaddaşı Xocalı"

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə kitabxanaçılar, Xocalı faciəsinin iştirakçıları, Bakı Dövlət Universitetinin tələbələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açaraq, XX əsrin ən qanlı faciələrindən olan Xocalı faciəsi haqqında danışmış və bu hadisəni, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırım olduğunu qeyd etdi.
Dəyirmi masada Xocalı sakini, o dəhşətli soyqırımda yaxın qohumlarını itirmiş Bahar Əsədova çıxış etdi.
B. Əsədova öz çıxışında insanlığa zidd olan bu soyqırımı heç bir Azərbaycan vətəndaşının unutmağa haqqı olmadığını bildirmiş və dünya dövlətlərinin bu hadisələrə qiymət verməyə çağırmışdır. O, öz çıxışını Xocalı şəhidlərinə həsr etdiyi "Xocalım, canım mənim" şeri ilə bitirdi.
Dəyirmi masada, həmçinin, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının hərbi vətənpərvərlik və kütləvi işlər bölməsinin müdiri X. Məmmədova "Əsrin faciəsi, Xocalı soyqırımı" mövzusunda çıxış etdi.
Dəyirmi masada Xocalı faciəsinin iştirakçıları Bakı Dövlət Universitetinin tələbələri və tədbir iştirakçılarının suallarını cavablandırdı.
Tədbirin sonunda "Unudulmaz tarix, unudulmaz faciə" adlı foto-stend iştirakçılara nümayiş etdirdi.
"Bir gecənin qanla yaşanmış tarixi" adlı anım mərasimi keçirildi.

"Ermənisayağı həqiqətlər və ya qondarma erməni soyqırımı" adlı film nümayiş etdirildi

Bu gün Gəncə şəhər MKS-də 26 fevral Xocalı soyqırımına həsr olunmuşdur.
Tədbirdə Gəncə şəhər icra hakimiyyətinin nümayəndəsi Elçin Veyisov, "Nigar" hüquq xidmətinin direktoru Zərnigar Abdullayeva, YAP Gəncə şəhər təşkilatı qadınlar şurasının sədri Arzu Həmzəyeva , Gəncə Dövlət Universitetinin professoru Abbas Səmədov , "Gəncə Qarabağ əlilləri, veteranları və şəhid ailələri" ictimai birliyinin sədri Almaz Aşurov, Gəncə elmi-regional mərkəzinin nümayəndələri, "Zirvə" ziyalıları təşkilatının nümayəndələri, Gənc Vətənpərvərlər birliyinin üzvləri, Samux və "Göy-göl" rayonlarından gələn qonaqlar, Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşan, o müdhiş gecənin şahidi, Xocalı sakini Tahir Hüseynov, Bir sıra şəhər müəssisə və təşkilat nümayəndələri iştirak etmişlər.
Anım mərasimində Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva giriş sözü ilə çıxış etdi. O, Xocalı faciəsi və onun acı nəticələri haqqında danışmış və öz çıxışında ümummilli lider Heydər Əliyevin Xocalı faciəsi haqqında "Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır" sitatını iştirakçılara çatdırmışdır. Bu soyqırımının, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu qeyd edən E.Əliyeva Xocalı faciəsini bütün dünya xalqlarına çatdırılmasının vacib məsələ olduğunu qeyd etdi.
Tədbirdə Xocalı Yaloba kənd orta məktəbinin XI sinif şagirdi Həsənova Türkan , Gəncə şəhər 6 saylı orta məktəbin şagirdləri, Samux rayon 3 saylı uşaq bağçasının uşaqları Xocalı faciəsinə həsr olunmuş şeirlər və Gəncə musiqi texnikumunun tələbələrinin ifasında "Sarı gəlin" xalq mahnısı ifa olundu.
Gəncə uşaq rəssamlıq məktəbinin şagirdlərinin və 2 saylı orta məktəbin 5-ci sinif şagirdi Ruslan Dəmirovun Xocalıya həsr etdikləri rəsm əsərlərindən ibarət sərgilər təşkil olunmuşdu ki, bu sərgi tədbir iştirakçıları tərəfindən daha maraqla qarşılandı.
Tədbirin sonunda Heydər Əliyev Fondu və Gənclər və İdman Nazirliyinin birgə hazırladığı.

Digər xəbərlər