Referendum üzrə “Tərəqqi” təşviqat qrupunun yığıncağı keçirildi
Qeyd etdi ki, onlar referendumun lehinə məqsədyönlü, ardıcıl və səmərəli fəaliyyət göstərməklə yanaşı, qanunvericiliyin tələblərinə uyğun olaraq mühüm işlər görmüşlər. Onun təklifi ilə ilk öncə sədr və katib seçildi. Üzvlərin yekdil qərarı ilə İlham Xəlilov sədr, Qəsəbə Bələdiyyələri Assosiasiyasının icraçı katibi Taleh Şəmsiyev isə katib seçildi.
Daha sonra gündəliyə qoyulan məsələlər açıqlandı və ardıcıl olaraq səsə qoyuldu. Gündəliyin birinci məsələsinə görə, "Tərəqqi" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri və eləcə də maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi seçildi. "Tərəqqi"nin təşviqat qrupu kimi uğurla qeydiyyatdan keçməsində fəal iştirak edən 25 nəfərdən ibarət qrup yekdil səslə səlahiyyətli nümayəndə, Məlahət İbrahimova maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə seçildi.
Gündəliyin ikinci məsələsi referendum üzrə "Tərəqqi" təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvünün seçilməsi idi. Yekdil qərarla bu vəzifəyə Taleh Şəmsiyev seçildi.
Gündəliyin üçüncü məsələsi vəkillərin seçilməsi oldu. "Tərəqqi" referendum üzrə təşviqat qrupunun məqsəd və vəzifələrinin yerinə yetirilməsində nəzərəçarpan fəaliyyəti və debat səriştəsi olan millət vəkilləri, politoloqlar, hüquqşunaslar və tarixçilər üzvlərin yekdil qərarı ilə vəkil seçildilər. Qərara əsasən, millət vəkillərindən Lalə Abbasova, Madər Musayev, Rafael Cəbrayılov, Tahir Rzayev, Rüfət Quliyev, Aslan Şahverdiyev, Həvva Məmmədova, Zahid Oruc, Səfər Məmmədov, Jalə Əliyeva, Dünyamin Xəlilov, Azərbaycan Dövlət Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı, filologiya elmələri doktoru, professor Buludxan Xəlilov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ideoloji məsələlər üzrə müavini, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin müəllimi, aspirant Bəxtiyar Əsgərov və s. millət vəkili, hüquqşünas və tarixçilər qəşviqat qrupunun vəkilləri seçildilər.
Gündəliyin dördüncü məsələsi Mərkəzi Seçki Komissiyasında respublikanın bütün ərazisində müşahidə aparmaq üçün referendum üzrə "Tərəqqi" təşviqat qrupunun nümayəndəsinin təklif edilməsi oldu. Üzvlərin yekdil qərarı ilə bu vəzifəyə Şəhər Bələdiyyələri Assosiasiyasının icrası katibi Əli Mehdiyev seçildi. Tədbirdə çıxış edən Əli Mehdiyev, onu respublikanın bütün ərazisində müşahidə aparmaq üçün nümayəndə seçdiklərinə görə minnətdarlığını bildirdi. Bildirdi ki, bu, olduqcu məsuliyyətli vəzifədir. Bunun üçün seçki təcrübəsinin vacibliyinə toxunan nümayəndə ötən bütün seçkilərdə yaxından iştirak etdiyini vurğuladı: "Bu baxımdan mənim seçki sahəsində kifayət qədər təcrübəm var. Ümid edirəm ki, referendum üzrə "Tərəqqi" təşviqat qrupunun maraqlarını lazımınca təmsil edə biləcəm".