PDF Oxu

Əsas

  • 10

“Yeni Azərbaycan” təşviqat qrupunun Dəvəçi və Xaçmaz şəhərlərində bölgə müşavirələri keçirildi

“Yeni Azərbaycan” təşviqat qrupunun Dəvəçi və Xaçmaz şəhərlərində bölgə müşavirələri keçirildi
Fevralın 7-də "Yeni Azərbaycan" təşviqat qrupunun Dəvəçi, Siyəzən və Xızı rayonlarının nümayəndələri üçün Dəvəçi şəhərində, daha sonra isə Xaçmaz, Quba və Qusar rayonlarının nümayəndələri üçün Xaçmaz şəhərində seminarlar keçirilmişdir.
Seminarda Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyasının Sədr müavini, MM-in deputatı Əli Əhmədov təşviqat qrupunun nümayəndələri qarşısında referendumun keçirilməsini zəruri edən şərtlər və ümumxalq müzakirəsinə təklif olunmuş əlavə və dəyişikliklərin mahiyyəti barəsində geniş nitq söylədi. Natiq öz çıxışında qeyd etmişdir ki, "Yeni Azərbaycan" təşviqat qrupu konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin hər biri ilə bağlı geniş məlumat verməyi və maarifləndirmə işləri aparmağı qarşısına əsas məqsəd qoymuşdur. Əli Əhmədov qeyd etmişdir ki, Konstitusiyaya təklif olunan hər bir əlavə və dəyişikliyin əsas məram və məqsədi seçicilərə ətraflı izah olunmalı və onlar bu böyük həqiqətə inanmalıdırlar ki, təklif olunan layihədə yer alan hər bir əlavə və dəyişiklik millətimizin, dövlətçiliyimizin, insan hüquq və azadlıqlarının daha da artırılmasına və təkmilləşdirilməsinə xidmət göstərir.
Dəvəçi və Xaçmazda keçirilmiş seminarlarda "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndələrindən MM-in komissiya sədri Eldar İbrahimov, MM-in deputatları Tahir Süleymanov və Yevda Abramov iştirak etmişlər.

Digər xəbərlər