PDF Oxu

Əsas

  • 6

BENİN AZƏRBAYCANLA ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİRLMƏSİNDƏ MARAQLIDIR

BENİN AZƏRBAYCANLA ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİRLMƏSİNDƏ MARAQLIDIR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vassinto Ayi d`Almeidianın etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Vassinto Ayi d`Almeidia etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı Azərbaycanla Benin arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından əsas istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı, bu işdə səfirin üzərinə mühüm vəzifələrin düşdüyünü bildirdi.
Səfir Vassinto Ayi d`Almeidia ölkəsinin ikitərəfli münasibətlərin inkişaf etdirilməsində siyasi dialoqun, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğuladı. O, dövlətimizin başçısını əmin etdi ki, ölkəmizdə diplomatik fəaliyyəti dövründə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün fəal surətdə çalışacaqdır.

ÖLKƏMİZLƏ VYETNAM ARASINDA DOSTLUQ ƏLAQƏLƏRİ MÖVCUDDUR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Buy Din Dinin etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Buy Din Din etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev diplomatla söhbət etdi. Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyən səfir bu işdə Azərbaycan hökumətinin dəstəyinə arxalandığını vurğuladı.
Dövlətimizin başçısı hər iki ölkənin iqtisadi inkişafının dinamik xarakter daşıdığını xatırlatdı və əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu bildirdi. İqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün konkret sahələrin müəyyənləşdirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

CƏNUBİ AFRİKA İLƏ MÜNASİBƏTLƏRİN İNKİŞAFI ÜÇÜN YAXŞI POTENSİAL VAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tebogo Seokolonun etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Tebogo Seokolo etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Söhbət zamanı qarşılıqlı münasibətlərin inkişafı üçün yaxşı potensialın olduğu vurğulandı və əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıldı.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ZİMBABVE RESPUBLİKASININ
ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ
FELEKEZELA MFOKONUN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Zimbabve Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Felekezela Mfokonun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Felekezela Mfoko etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Söhbət zamanı iki ölkə arasında münasibətlərin və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

ZİMBABVE İLƏ ƏMƏKDAŞLIQ PERSPEKTİVİ BÖYÜKDÜR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Zimbabve Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Felekezela Mfokonun etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Felekezela Mfoko etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Söhbət zamanı iki ölkə arasında münasibətlərin və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

AZƏRBAYCAN - ŞRİ-LANKA ƏLAQƏLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN YAXŞI
İMKANLAR VAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Mohamed Zuhairin etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Mohamed Mohamed Zuhair etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Diplomat Şri-Lanka Prezidenti Mahinda Racapaksanın salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanda olmasından xoş hisslər duyduğunu söyləyən səfir Prezident İlham Əliyevi əmin etdi ki, fəaliyyəti müddətində ikitərəfli münasibətlərin genişləndirilməsi üçün səylə çalışacaqdır.
Prezident İlham Əliyev Azərbaycanla Şri-Lanka arasında əlaqələrin genişləndirilməsi baxımından yaxşı imkanların olduğunu və bunlardan səmərəli istifadə edilməsinin vacibliyini vurğuladı. Dövlətimizin başçısı Şri-Lanka Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını ona çatdırmağı xahiş etdi.

Digər xəbərlər