PDF Oxu

Əsas

  • 5

Azərbaycanın diplomatik əlaqələri uğurla inkişaf edir

Azərbaycanın diplomatik əlaqələri uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da bir sıra dövlətlərin ölkəmizdə yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib. Səfirlərin hər biri ilə söhbət edən dövlətimizin başçısı ölkəmizin beynəlxalq əməkdaşlığa və ikitərəfli diplomatik əlaqələrə xüsusi önəm verdiyini qeyd edib. Yeni təyin olunmuş səfirlərlə fərdi söhbət zamanı Azərbaycanla müvafiq ölkə arasında münasibətlərin və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

AZƏRBAYCAN-HİNDİSTAN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Debnad Şounun etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Debnad Şou etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Səfir ölkəmizdə diplomatik fəaliyyəti dövründə Azərbaycan-Hindistan əlaqələrinin daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

ESTONİYA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ YENİ MƏRHƏLƏYƏ QƏDƏM QOYUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aivo Oravın etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Aivo Orav etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi. Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı, bunun daha da genişləndirilməsi üçün böyük potensial imkanların olduğunu dedi.
Prezident İlham Əliyev Estoniya Prezidenti Toomas Hendrik İlvesin Azərbaycana rəsmi səfərinin qarşılıqlı əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğuladı, səfər zamanı keçirilən görüşlərin, biznes forumunun münasibətlərin daha da möhkəmləndirilməsi üçün yaxşı zəmin yaratdığını bildirdi.
Səfir Aivo Orav ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, əməkdaşlığın müxtəlif sahələrdə genişləndiyini dedi. O, dövlətimizin başçısını əmin etdi ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinə səy göstərəcəkdir.

ANQOLA ÖLKƏMİZLƏ MÜNASİBƏTLƏRƏ ÖNƏM VERİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Anqola Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Samuel Titu Armandunun etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Samuel Titu Armandu etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi. Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Söhbət zamanı Azərbaycanla Anqola arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıldı.

YƏMƏNLƏ ƏLAQƏLƏRİMİZ YÜKSƏK SƏVİYYƏDƏDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cəmal Abdullah əl-Cəlalın etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Cəmal Abdullah əl-Cəlal etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi. Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Diplomat Yəmən Respublikasının Prezidenti Əli Abdullah Salehin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yəməndə böyük hörmət və ehtiramla xatırlandığını bildirdi. Səfir Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan xalqına bundan sonra da tərəqqi və firavan həyat arzuladı.
Dövlətimizin başçısı Azərbaycanla Yəmən arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu dedi və əminliyini bildirdi ki, səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də qarşılıqlı əlaqələr uğurla inkişaf edəcək, əməkdaşlığın genişləndirilməsi üçün yeni sahələr müəyyənləşdiriləcəkdir. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı. Dövlətimizin başçısı Yəmən Prezidenti Əli Abdullah Salehin salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını ona çatdırmağı xahiş etdi.

NİGERİYANIN AFRİKADA STRATEJİ MÖVQEYİ VAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abubakar Sikanın etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Abubakar Sika etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Diplomat Nigeriya Prezidenti Umaru Yar Aduanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Nigeriyanın Afrika qitəsində strateji mövqeyi olduğunu bildirən səfir ölkəsinin sürətli iqtisadi inkişaf yolunda olan və zəngin mədəniyyətə malik Azərbaycanla həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar, o cümlədən İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini dedi. O, dövlətimizin başçısını əmin etdi ki, diplomatik fəaliyyəti dövründə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi üçün səylə çalışacaqdır.
Prezident İlham Əliyev Azərbaycanla Nigeriya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə inkişafı üçün yaxşı imkanların mövcudluğunu vurğuladı. Dövlətimizin başçısı Nigeriya Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını və xoş arzularını ona çatdırmağı xahiş etdi.

(Ardı səh-4)

Digər xəbərlər