PDF Oxu

Əsas

  • 13

Azərbaycanın enerji resurslarına artan maraq Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirəcək

Azərbaycanın enerji resurslarına artan maraq Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirəcək
Məlum olduğu kimi, Avropa, Rusiya və Ukrayana arasında yaranmış qaz böhranı dünyanın diqqətini NABUCCO qaz kəmərinə və eləcə də, Azərbaycana cəlb edib. Həmçinin, Budapeşt samitində, Davos iqtisadi forumunda Azərbaycanın kifayət qədər nüfuz sahibi olduğu göründü. Təbii ki, bütün bunlar ölkəmizin beynəlxalq arenada siyasi-iqtisadi mövqeyini daha da gücləndirib. Bu isə, Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirəcək.

Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev bildirdi ki, Prezident İlham Əliyev Budapeşt sammitində çıxışında Azərbaycanın NABUCCO layihəsini dəstəklədiyini qeyd etdi. "Ölkə başçısı onu da vurğuladı ki, respublikamız bu layihədə hasilatçı kimi çıxış etmək istəyir".

C.Nuriyev onu da qeyd etdi ki, Rusiya ilə Gürcüstan arasında baş vermiş münaqişə, RF ilə Ukrayna arasında yaranmış qaz problemi Avropanın NABUCCO layihəsinə diqqətini daha da artırdı. "AB enerji asılılığını aradan qaldırmaq üçün bu layihənin həyata keçirilməsinin tezləşdirilməsində maraqlıdır. Prezident İlham Əliyev cənabları digər mühüm məsələyə diqqət gətirdi ki, Azərbaycan lazım gələrsə, bu layihədə donor ölkə kimi də çıxış edə bilər".

Politoloqun fikrincə, bu, eyni zamanda, Dağlıq Qarabağ məsələsi ilə bağlı Rusiyaya ciddi mesaj idi. Bildiyiniz kimi, RF işğalçı Ermənistana 800 mln dol həcmində hərbi yardım etdi və bunu İlham Əliyev cənabları nəzərdən qaçırmadı. O, diplomatik şəkildə bütün bunları Rusiyanın nəzərinə çatdırdı. Ölkə başçısı, eyni zamanda, Qərbə mesaj göndərdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirsə, onda bizim ölkənin də NABUCCO kəmərinə iki qat marağı olardı. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək. Bunu Ermənistan da dərk edir, həmçinin, işğalçı ölkə də adıçəkilən lahiyəyə qoşulmaq istəyir. Buna görə də, adıçəkilən dövlət torpaqlarımızı azad etməlidir deyə C.Nuriyev vurğuladı.

Rusiya Azərbaycana NABUCCO lahiyəsi ilə bağlı müəyyən təzyiqlər göstərdi. İnanmıram ki, adıçəkilən ölkə Azərbaycanla münasibətlərini pisləşdirsin. Əvvəla, ölkəmiz regionun lider ölkəsidir, ikincisi də artıq Rusiya əvvəlki gücündə deyil. Həm də Budapeşt samitində, Davos iqtisadi forumunda Azərbaycanın kifayət qədər nüfuz sahibi olduğunun şahidi olduq. Bunları açıqlamasında politoloq C.Nuriyev bildirdi.

Digər xəbərlər