PDF Oxu

Əsas

  • 11

Geniş miqyas alan HİV/AİDS pandemiyası planetdə yayılmaqda davam edir

Geniş miqyas alan HİV/AİDS pandemiyası planetdə yayılmaqda davam edir
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2008-cı ilin yekunlarına görə, Azərbaycanda HİV/AİDS problemi ilə əlaqədar məlumatına əsasən, BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir.

Təkcə 2007-ci il ərzində dünya üzrə HİV-ə yoluxmuş insanların sayı 2,5 mln, AİDS-dən vəfat etmiş insanların sayı isə 2,1 mln olmuşdur. Ümumilikdə, 2007-ci ildə Yer kürəsində HİV/AİDS-lə yaşayan insanların sayı 33,2 mln təşkil etmişdir ki, onlardan da 15,4 mln-u qadın, 2,5 mln-u uşaqdır.

Geniş miqyas alan HİV/AİDS pandemiyası planetdə yayılmaqda davam edir. Lakin son illər aparılan epidemioloji araşdırmaların nəticələri müəyyən ümidverici məqamların olduğunu da göstərir. Belə ki, HİV/AİDS-lə yaşayan insanların qlobal miqyasda sayının artmasına baxmayaraq, HİV infeksiyasının dünya üzrə yayılma göstəricisi, yəni HİV-ə yoluxmuş insanların faizi eyni səviyyədə qalmış, hətta ayrı-ayrı ölkələrdə azalmışdır. Bundan əlavə, qlobal miqyasda HİV-ə yeni yoluxma hallarının və AİDS-dən ölüm hallarının ilbəil azalması müşahidə olunur. Bu gün dünyada HİV/AİDS pandemiyası iki model üzrə inkişaf etməkdədir: əhalini ümumilikdə əhatə edən epidemiya şəklində (Afrika ölkələrində) və əsasən, yüksək risqli qruplar arasında yayılmış epidemiya şəklində (digər regionlarda).

Azərbaycanda da HİV/AİDS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək risqli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycan vətəndaşları arasında təkcə 2008-ci ilin ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 59,2%-ı, ümumilikdə isə, 1987-2009-ci il ərzində olan dövrdə bütün yoluxma hallarının 62,7%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.

Əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilmiş, Respublikada HİV/AİDS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.

Digər xəbərlər