PDF Oxu

Əsas

  • 12

Sülhəddin Əkbər: “Avropa Şurası Ermənistanla tənqidi dialoqu davam etdirməyi daha məqsədəuyğun sayır”

Sülhəddin Əkbər: “Avropa Şurası Ermənistanla tənqidi dialoqu davam etdirməyi daha məqsədəuyğun sayır”
Günün ən prioritet məsələlərindən biri də Avropa Şurasının növbəti qış sessiyasında Ermənistandakı hazırkı vəziyyətin müzakirəsi zamanı ortaya çıxan qanunsuzluq faktlarına rəğmən, bu ölkəyə qarşı heç bir sanksiyanın tətbiq olunmamasıdır.

İşğalçı ölkədə ötən il keçirilən prezident seçkiləri zamanı Serj Sarkisyanın qanundankənar prezident kürsüsünə yiyələnməsi üçün ölkə daxilində az qala vətəndaş müharibəsi başlandı. Prezidentliyə namizəd və eks dövlət rəhbəri, müxalifətin əsas güc mərkəzi sayılan Levon - Ter Petrosyanın etirazçı kütləni meydanlarda mitinqə səsləməsi və çoxsaylı silsilə nümayişlərin keçirilməsi, nəticədə Ermənistan hakimiyyətini repressiyalara əl atmağa vadar etdi.

Hökumətlə müxalifət arasındakı qarşıdurma zamanı insanlar öldürüldü, bir qismi isə qondarma ittihamlarla həbs olundu. Mətbuat azadlığına qəsdlər, eləcə də, hakimiyyətin əlində olan mətbuat orqanlarının isə hakimiyyətin sifarişi ilə hərəkət etməsi ölkədə fövqəladə vəziyyətin elan olunmasına gətirib çıxardı. Bütün dünyanın diqqət mərkəzində olan proseslər, bir çox xirici politoloqlar və beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə pislənildi və mövcud vəziyyətə şərait yaratdığı üçün Ermənistan hakimiyyəti qınaq obyektinə çevrildi. Hətta Ermənistan hökuməti atdığı addımlarla Avropa Şurasına üzv olduğu zaman götürdüyü öhdəlikləri də kobudcasına pozmuş oldu.

Bütün bu faktların və şahid ifadələrinin şuranın ötən sessiyasında müzakirəyə çıxarılmasına baxmayaraq Ermənistana qarşı heç bir cəza üsulu tətbiq olunmadı. Bəziləri bunu şuranın məsələyə ikili standartlardan yanaşdığını söyləsə də, Ermənistandan üç ay müddətində vəziyyəti obyektiv araşdırması və həbs olunan insanların tezliklə azadlığa buraxılması tələb olunur. Əks təqdirdə, Ermənistanla bağlı hər hansı bir sanksiyanın tətbiq olunacağı istisna edilmir.

"Səs" qəzetinə açıqlama verən politoloq Sülhəddin Əkbərin fikrinci, Avropa Şurasının sanksiyaları bir vaxtlar Rusiyaya qarşı tətbiq edilib. Hətta Yunanıstanda qara polkovniklərin hərbi çevrilişindən sonra bu ölkəyə qarşı da müəyyən cəza üsulları tətbiq olunur: "Görünür, Avropa Şurası Ermənistandakı mövcud vəziyyəti hələ böhran hesab etmir. Ermənistanla tənqidi dialoqu davam etdirməyi daha məqsədəuyğun sayır. Əks halda, Ermənistan daha çox Rusiyaya yaxınlaşa bilər. Avropa Şurasının bu addımı onun rəsmi Yerevanla diplomatik kanalları açıq tutmaq istəyində olduğunu göstərir. Ancaq nəzərə almaq lazımdır ki, işğalçı Ermənistana düzgün araşdırmalar aparmaqla, qanunsuz həbs olunanların azadlığa buraxılmasını tələb edir. Hətta bunun üçün şura tərəfindən Ermənistana aprel ayına qədər vaxt verilib".

Digər xəbərlər