Tarixin müxtəlif dövrlərində bədnam qonşularımız olan erməni daşnakları xalqımıza qarşı amansız soyqırım siyasəti həyata keçirmişlər. XIX əsrin əvvələrindən başlayaraq azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirən qaniçən ermənilər, 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə, 1947-1953-cü illərdə, nəhayət, 1988-ci ildən başlanan məlum Dağlıq Qarabağ münaqişəsi və 1992-ci il fevralın 26-da tarixdə misli görünməmiş bir tarixi cinayət olan Xocalı soyqırımının törədilməsi bir daha sübut etdi ki, xalqımız həmişə soyqırım siyasətinin qurbanı olub.
1918-ci ilin mart ayının 31-də erməni-daşnak birliyinin azərbaycanlıların müstəqillik arzusunu qırmaq və bir millət olaraq məhv etmək üçün xalqımıza qarşı növbəti tarixi cinayət törətdilər. Amma sonradan milli hökumətin qurulması və bunun davamı kimi Rusiya İmperiyasının Azərbaycanı işğal etməsi bu cür məsələlərin bir qədər kənara atılmasını zəruri saydı. Nəhayət, 70 il əsarətdən sonra öz milli müstəqil dövlətini yenidən bərqərar edən xalqımız tarixin bir sıra acı məqamlarına yenidən nəzər salmalı olub. Bakı Dövlət Universitetinin professoru, tarixçi alim Nəsiman Yaqublu da "Səs" qəzetinə verdiyi açıqlamada 31 mart faciəsini Azərbaycan tarixində baş verən çox ciddi hadisələrdən biri kimi qiymətləndirib.
O, qeyd edib ki, bu faciəyə yalnız martın 31-də baş vermiş bir hadisə kimi yanaşmaq düzgün deyil: "Əgər bu, belə olarsa, bizim soyqırımlar tarixində XX əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırıma münasibətimiz bəsit olar. Bu soyqırımın mənasının baş verməsinin səbəbini açmaq üçün, birinci növbədə, ermənilərin Azərbaycanda apardıqları böyük bir siyasətin nəticəsini öyrənmək vacibdir. Ona görə də, ermənilər, XX əsrin əvvəllərindən "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək uğrunda mübarizə aparmağa, azərbaycanlılara qarşı soyqırım törətməyə başlamışlar.
Qeyd edim ki, XIX əsrin sonlarında Türkiyədə də ermənilər belə soyqırım törədiblər. Lakin Türkiyədə ermənilər "böyük Ermənistan" ideyasının kerçəkləşdirməyin qeyri-mümkünlüyü başa düşdülər. Ona görə də, ermənilər artıq XX əsrin əvvəllərində Qafqazda, xüsusən də, Cənubi Qafqazda, ümumiyyətlə, Azərbaycan ərazilərində bu soyqırımları həyata keçirməyə başladılar. Onlar qarşılarına bir məqsəd qoymuşdular ki, "böyük Ermənistan" yaratsınlar. Məqsədlərinə çatmaq üçün birinci soyqırım 1905-1906-cı illərdə ermənilər tərəfindən törədildi. Xüsusən, o dövrdə Bakı şəhərində Qarabağ və digər bölgələrdə bu soyqırımları onlar həyata keçirdilər. Bakıda, xüsusən, ilk qurbanlar güneydən gələnlər oldu. Çünki onların yaşamağa fikirləri olmadıqlarına görə, ilk qurbanlar da onlar olmuşlar. Lakin ikinci soyqırımını ermənilər daha hazırlıqlı şəraitdə həyata keçirdilər. Bu da ondan irəli gəlirdi ki, onlar artıq Rusiya dövlətindən dəstək almışdılar və bilavasitə Bakıda sovet hakimiyyətinin qorunması adı altında, əslində, ermənilər özlərinin hakimiyyətlərini reallaşdırırdılar. Yəni, 1917-ci ildə oktyabr inqilabından sonra ermənilərin gördüyü ilk iş boleşeviklərlə iş birliyi etmək və guya Bakıda sovet hakimiyyətinin qorunması adı altında ermənilərin Bakıda yerləşdirilməsini təmin etməkdən ibarət oldu"-deyə N.Yaqub o dövrdə xüsusi olaraq, fövqalədə komissar adı altında fəaliyyət göstərən Stepan Şaumyanın Bakı şəhər sovetinə xüsusi olaraq erməniləri cəlb etməsini və onların silahlı qüvvələrini formalaşdırdığını bildirdi.
O, qeyd etdi ki, qısa bir zaman içərisində ermənilərdən ibarət olan 12 minə qədər silahlı qüvvələr artıq formalaşdırıldı: "Azərbaycanlıların isə cəmisi 300-ə qədər tatar polku deyilən silahlı qüvvələri var idi ki, bunların da çoxu azərbaycanlı deyildi. Yəni, demək istəyirəm ki, 1918-ci ilin mart ayında törədilən bu soyqırım, təəssüflər olsun ki, sonradan sovet mənbələrindən, tarix kitablarında, sovet tədiqatlarında guya sinfi mübarizə kimi qələmə verilirdi. Guya müsavatçılarla Daşnaksütyun partiyasının toqquşması zəminində göstərilirdi. Amma bu, düzgün deyil idi. Bu ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım idi. Qeyd etmək istəyirəm ki, birinci mənbələrdə 10 min, bəzi mənbələrdə isə 13 min, bəzi mənbələrdə də 14 min olaraq bu rəqəmlər göstərilməkdədir. Yəni bu soyqırımda qətlə yetirilənlərin sayı belə bildirilib. Amma ümumilikdə, mart hadisələrindən sonradan Qubada, Göyçayda və digər bölgələrdə də ermənilərin apardığı soyqırımları da, ümumilikdə, hesablasaq 50 minə qədər Azərbaycan türkü ermənilər tərəfindən 1918-ci ildə qətlə yetirilib. Bir faktı da qeyd etmək istərdim ki, "26-lar"ın bu sahədə böyük fəaliyyəti olub. Xüsusən də, Bakı şəhəri Xalq Komissarları Sovetində təmsil olunan erməniləri sonradan biz "26 Bakı Komissiarı" kimi tanıdıq. Bu yaxınlarda da onların abidəsinin qazılmasında və üzə çıxan biabırçılıqlar bir daha sübut etdi ki, burada "26-lar"ın xüsusi rolu olub.
Təklif edərdim ki, bu soyqırımın bütün mahiyyətini ermənilərin törətdikləri cinayətləri açıb ortalığa qoymaq üçün o zaman fövqəladə istintaq komissiyasının topladığı sənədləri bu gün biz həm Azərbaycan dilində, həm də xarici dillərdə çap edib kitab şəklində dünya ictimaiyyətinə çatdıraq. Bu, çox vacib sənədlərdir. Mən bu gün o düşüncədəyəm ki, 31 mart soyqırımı ilə bağlı biz bu gün də dünya ictimaiyyətinə geniş informasiyalar verməliyik. Bu soyqırımı törətmiş erməniləri sonradan Xocalı soyqırımlarını törətdiklərini və bu soyqırımların bir-biri ilə üzvü şəkildə əlaqəsi olduğunu və dörd mərhələdən ibarət olan XX əsrdə ermənilərin törətdikləri bu soyqırımları dünya ictimaiyyətinə çatdırmalıyıq. Yəni, birincisi, XX əsrin əvvələrində 1905-1907-ci ildə olan hadisələr, ikincisi, 1918-ci ildə 31 mart soyqırımı, üçüncüsü, 1947-1953-cü illərdə deportasiya dövrü azərbaycanlıların zor gücü ilə öz doğma yurdlarından köçürülməsi və 1988-ci ildə başlanın soyqırımında Xocalı soyqırımı ilə nəticələnməsi beynəlxalq ictimaiyyətin nəzər-diqqətindən yayınmamalıdır. Bu dörd mərhələdə ermənilər bir əsrdə Azərbaycan xalqına qarşı soyqırım törətmişlər və burada 100 minə qədər insan həlak olmuş və minlərlə insan öz dədə-baba yurdundan didərgin salınmışdır. Soyqırım təkcə insanların fiziki cəhətdən qətlə yetirilməsi ilə bağlı olan bir anlayış deyil. Soyqırım həm də insanların öz siyasi baxışlarına, milli mənsubiyyətinə görə qətlə yetirilməsidir. Bütün bu ölçülərlə yanaşdıqda, ermənilər azərbaycanlılara qarşı böyük bir soyqırım siyasəti həyata keçiriblər. Mən bunu da qeyd etmək istərdim ki, müasir gənc nəsilə 31 Mart Soyqırım ilə bağlı bütün ilboyu həm tədris müəssisələrində, həm qəzet, jurnal yazılarında təbliğat aparılmalıdı və bu ona görə edilməli deyil ki, kimə qarşısa nifrət bəslənilsin".
Tapdıq QURBANLI,
Gülyanə AĞAKƏRİMOVA