Elmar Məmmədyarov Asiya ölkələrinin BMT-dəki təmsilçiləri ilə görüşüb
ABŞ-a işgüzar səfəri çərçivəsində 1 iyun tarixində AR Xarici İşlər Naziri Elmar Məmmədyarov Nyu-Yorkda Asiya ölkələrinin BMT yanında Daimi Nümayəndələri ilə görüş keçirib. Görüşdə məqsəd BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinə dəstək almaqdır. XİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, Elmar Məmmədyarov Azərbaycanın geosiyasi əhəmiyyətini Avropa və Asiya arasında körpü rolunun oynamasını və sivilizasiyalararası dialoqa töhfənin verməsini xüsusi qeyd edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi barədə də Asiya ölkələrinin Daimi Nümayəndələrinə məlumat verib.