PDF Oxu

Əsas

  • 9

Tələbələr Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüblər

Tələbələr Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüblər
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəalları iyunun 3-də Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinlə görüşüblər. ATGTİ-dən SİA-ya verilən x Görüşdə Azərbaycan Dillər Universitetinin, Qərb Universitetinin, Bakı Slavyan Universitetinin və digər ali təhsil ocaqlarının tələbələri iştirak edirdilər. Görüşün əvvəlində Vladimir Doroxinə ATGTİ-nin fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı ətraflı məlumat verilib, ölkələrimiz arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün görüləcək layihələrdən bəhs edilib. Öz növbəsində səfir Azərbaycan və Rusiya arasında mövcud olan diplomatik əlaqələrdən söhbət açıb və bu əlaqələrin hər iki ölkə üçün böyük önəmini vurğulayıb. O qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan diplomatik münasibətlərimiz qarşılıqlı hörmət və anlayış üzərində bərqərar olub. Həmçinin bildirib ki, bu gün Rusiya Azərbaycanı özünün əsas strateji tərəfdaşlarından biri kimi dəyərləndirir və iki ölkə arasındakı münasibətlərin belə müsbət məcrada davam etməsi hər iki ölkə üçün əhəmiyyətlidir. Görüşün sonunda tələbələrin çoxsaylı suallarını cavablandıran səfir Rusiya və Azərbaycan arasında gənclər siyasəti sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmindən də danışıb. Əsas məqsədi Azərbaycanın ali təhsil ocaqlarının Tələbə Gənclər Təşkilatları ilə Rusiya Federasiyası universitetlərində fəaliyyət göstərən tələbə təşkilatları arasında əlaqələrin genişləndirilməsi, ikitərəfli tələbə mübadiləsinin daha da inkişaf etdirilməsi olan görüşdə Slavyan Universitetinin Rusiyaşünaslıq fakültəsi tələbələrinin Rusiyada, Moskva Dövlət Universitetinin Azərbaycanşünaslıq fakültəsi tələbələrinin isə Bakıda təcrübə keçmələri üçün şəraitin yaradılması məsələsi müzakirə edilib.

Digər xəbərlər