6 iyun 2011-ci il tarixində Ekologiya Nazirliyində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 5 İyun Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar "Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək" birgə layihəsi üzrə keçirilən yazı müsabiqəsinə yekun vurularaq qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev , 20 dək media rəhbərləri və müsabiqənin qalibləri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan Vüqar Səfərli tədbir iştirakçılarını slamlayaraq müsabiqənin qedişatı barədə məlumat verdi : "Müsabiqəyə ümumilikdə 5 istiqamət üzrə 67 yazı daxil olub, onlardan da 15-i qalib hesab edilib . Hər istiqamət üzrə 3 qalib müəyyənləşib. Müsabiqənin şərtlərinə əsasən I yerin qalibinə - 1 000 manat, II yer - 800 manat, III yerin qalibinə isə 500 manat məbləqində pul mükafatı və xüsusi diplomların verilməsi qərara alınıb. Bundan əlavə qaliblər sırasına düşməyən lakin yüksək bal toplayan yazı müəllifləri 300 manat pul və təşəkkürnamə ilə təltif olunacaqlar ". Daha sonra mükafatlandırılma mərasimi keçirildi və qaliblərə xüsusi diplomlar təqdim olundu.