PDF Oxu

Əsas

  • 20

Çinin Azərbaycandakı səfiri YAP-da olub

Çinin Azərbaycandakı səfiri YAP-da olub

Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyan ilə görüşüb. Milli.Az xəbər portalının YAP-ın internet saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər görüşdə həmçının, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əlaqələrdən bəhs edib, partiyalararası münasibətlərinin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib. YAP İcra katibinin müavini Mübariz Qurbanlı da görüşdə iştirak edib.

Digər xəbərlər