PDF Oxu

Əsas

  • 13

“Siyasi partiyaların maliyyələşdirilməsi onların son parlament seçkilərində topladığı səslərdən asılı olacaq”

“Siyasi partiyaların maliyyələşdirilməsi onların son parlament seçkilərində topladığı səslərdən asılı olacaq”

"Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi onların son parlament seçkilərində topladığı səslərdən asılı olacaq". Trend-in məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Yəni siyasi partiyaların parlamentdə təmsil olunub-olunmamalarının fərqi yoxdur. Əsas odur ki, müvafiq baryeri aşan partiyalar bu maliyyələşməyə düşə bilər", - Həsənov qeyd edib. PA rəsmisi bildirib ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi, bu qanuna əlavə və dəyişikliklər uzun müddətdir Azərbaycanda müzakirədədir.

"Müxtəlif siyasi partiyalar 1992-ci ildə qəbul edilmiş qanunun mövcud reallıqlara cavab vermədiyi haqqında fikirlər səsləndirirlər. Ən azından Azərbaycan Konstitusiyası bu qanundan sonra qəbul olunub. Siyasi sistemin əsasları müəyyənləşib. Bu sistemin əsasları ilə 1992-ci ildə deklorativ şəkildə qəbul olunmuş qanunun bir-birinə uyğun gəlməməsi fikirləri var. Bu yaxınlarda parlamentdə təmsil olunan bir qrup partiya rəhbəri cənab Prezidentə müraciət edib. "Siyasi partiyalar haqqında" qanuna yenidən baxılması, maliyyələşmə məsələsi, eyni zamanda partiya institutunun əsasları ilə bağlı müasir yeniliklərin nəzərə alınması təklifi irəli sürülüb", - Həsənov əlavə edib.

Digər xəbərlər